Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda Regional İnternet İdarəçiliyi Forumu keçirilir

Date: 3 December 2015 10:52

"Report"un verdiyi xəbərə görə, forumun keçirilməsində əsas məqsəd daha səmərəli, effektli regional iqtisadi inkişaf və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yolları, Azərbaycanın regional İKT inkişafının mərkəzi kimi yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlığını həyata keçirməklə yanaşı bu sahədə olan problemlərin müzakirəsi, maraqlı innovativ layihələri nümayiş etdirməkdir.
İki gün davam edəcək tədbirdə 250-300 nəfər Azərbaycan və digər ölkələrin hökumət, biznes nümayəndələri, diplomatik nümayəndələr, elm və vətəndaş cəmiyyəti sahələrinin mütəxəsssisləri internetlə bağlı aktual problemləri müzakirə edəcəklər.
Tədbir çərçivəsində “Təhsilin texnologiyalar vasitəsilə transformasiyası”, “Məxfilik və unnnovasiya üçün kiber-təhlükəsizlik - regional kiber-təhlükəsizlik alyansları təşəbbüsləri", "İnformatika təhsili - 2019 ərəfəsində çağırışlar”, “Texnolologiyanın gələcəyi 2016-2020 - Proqnozlar nələrdən xəbər verir”, “Ağıllı Cəmiyyət Strategiyası - Hökumətlər İKT-dən yeni cəmiyyətin yaradılmasında istifadə edir", "Sosial media və paylaşma iqtisadiyyatı” və “İqtisadi diversifikasiyanın İKT-nin innovasiyalar mühitinə təsiri” kimi mövzular müzakirə olunacaq.
Xatırladaq ki, RİİF 2012-ci ildə Bakılda təşkil edilmiş VII İnternet İdarəçilik Forumu ərəfəsində yaradılıb və hər il təşkil olunur. Tədbir BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamentinin (UNDESA), BMT-nin İnternet İdarəçilik Forumu üzrə Cenevrə Katibliyininin dəstəyi ilə keçirilir.

Tags:  Bakıda Regional İnternet İdarəçiliyi Forumu keçirilir



RƏYLƏR


Top news