Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Mirşahin Ağayevlə MTRŞ arasında məhkəmələr davam edir

​Mirşahin Ağayevlə MTRŞ arasında məhkəmələr davam edir

Date: 3 December 2015 10:56

Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı apellyasiya şikayətləri üzrə səkkiz məhkəmə işi başa çatıb.

Axşam.az-ın "Report"a istinadən məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi şirkətin şikayətlərini təmin edib və birinci instansiya məhkəməsinin qərarları ləğv olunub. İşlər baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb.
 
Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nın 5 oktyabr 2015-ci il tarixli - 09/3 saylı, 09/4 saylı, 09/5 saylı,09/6 saylı, 09/7 saylı, 09/10 saylı və 13 oktyabr 2015-ci il tarixli 10/2 saylı qərarından şikayət edib və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarılması barədə Səbail Rayon Məhkəməsində tələb irəli sürüb. Məhkəmə həmin iddiaları rədd edib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev apellyasiya şikayəti verib.

Xatırladaq ki, bu həftə Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı 8 şikayətinə baxılıb. Həftənin sonunadək şirkətin daha 5 şikayətinə baxılacağı gözlənilir. Şuranın 9 dəfə məhkəməyə verilməsi ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru M.Ağayev tərəfindən olub. Digər 4 halda isə televiziya kanalının müdafiəçiləri tərəfindən məhkəməyə müraciət edilib


Tags:  Mirşahin Ağayevlə MTRŞ arasında məhkəmələr davam edir

RƏYLƏR


Top news