Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda sənayedə brendlərin yaradılması üzrə iş aparılır

Azərbaycanda sənayedə brendlərin yaradılması üzrə iş aparılır

Date: 3 December 2015 11:03

Bakı. Trend:

“Sənaye sahəsində brendlərin yaradılması üzrə biliklərin artırılması” layihəsi çərçivəsində təlimlər başa çatıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sənaye və istehsal sahələrində fəaliyyət göstərən sahibkarların və menecerlərin maarifləndirilməsi məqsədi ilə İSN-nin təşkilatçılığı ilə “Sənaye sahəsində brendlərin yaradılması üzrə biliklərin artırılması” layihəsi çərçivəsində noyabrın 18-dən başlamış treninqlər dekabrın 2-də başa çatıb.

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq keçirilən layihənin məqsədi sənaye və istehsal müəssisələrinin marketinq sahəsində məlumatlılıq səviyyəsinin artırılması və brendləşmənin təşviq edilməsidir.

Treninqlərdə müxtəlif sənaye sahələrində fəaliyyət göstərən 50-dən çox yerli müəssisənin nümayəndələri iştirak edib.

“Reklam və marketinq kommunikasiyaları”, “Sənayede brendləşmə”, “Marketinq strategiyaları” mövzularını əhatə edən treninqlərdə məhsulun düzgün tanıdılma vasitələri, reklamın səmərəliliyinin artırılması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycanda sənayedə brendlərin yaradılması üzrə aparılır

RƏYLƏR


Top news