Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Noyabr ayında 118 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib

Noyabr ayında 118 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib

Cocuq Mərcanlıda tank əleyhinə mina tapılıb - FOTO (28 Mart 2017 17:27)
Cocuq Mərcanlıda 1400 qəlpə tapılıb - FOTO (27 Mart 2017 18:42)
Cocuq Mərcanlıda 1400 qəlpə tapıldı (27 Mart 2017 18:28)

Tarix: 3 Dekabr 2015 11:08

Bakı. Trend:

2015-ci ilin noyabr ayı ərzində 5,032,184 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 118 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Əməliyyatlarda 488 nəfər minaaxtaran mütəxəssis və 112 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 314,455,648 kvadrat metr ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713,895-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağstafa, Beyləqan, Füzuli, Gəncə, Göygöl, Xocavənd, Qazax, Abşeron, Samux və Tərtər rayonlarında davam etdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Noyabr ayında 118 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib



RƏYLƏR


Top xəbərlər