Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Milyarder ərəblər ov üçün Azərbaycanda (FOTO)

Milyarder ərəblər ov üçün Azərbaycanda (FOTO)

Date: 3 December 2015 11:21

Ərəblər ov üçün yenə Azərbaycana gəldilər. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bu dəfə Qətərdən qonaqlar ölkəmizə üz tutublar.

Özləri ilə ov üçün quşlar gətirən on nəfrədən artıq olan heyət Salyandakı otellərdən birində gecələyirlər.
Bundan öncə səfər edən şeyxlər adətən lüks evlərdə qalırdılar.

Məlumata görə, ərəb zənginləri ov əyləncəsi üçün Azərbaycanın ən böyük göllərindən olan Sarısu gölünün ərazisini seçiblər. Saatlıda yerləşən Sarısu gölünün faunası əsasən balıqlardan (çəki, sazan, karp, vobla), heyvanlardan (çöl donuzu, bataqlıq donuzu) ibarətdir. Bundan başqa burada olan əlverişli şərait hər il 300-350 min müxtəlif növ quşların (ördək, qaşqaldaq, qaz, sultan toyuğu, balkan, boz vağ) qışlamasını təmin edir.

Haqqın.az-ın məlumatına görə, bu dəfə ov üçün gələn Qətərin energetika və sənaye naziri Məhəmməd bin Saleh Az-Sadadır. O, özü ilə qulluqçuları, aşbazı, hətta şahin quşları üçün baytar həkimi də gətirib.




Ümumiyyətlə son zamanlarda ərəb şeyxləri ov üçün müntəzəm olaraq Azərbaycana üz tuturlar. Böyük heyətlə gələn şeyxlər ov üçün əsasən Salyan, Hacıqabul, İmişli, Saatlı rayonlarını seçirlər. Onlar ov əyləncələrini əks etdirən fotoları İnstagram hesablarından paylaşırlar.

İlk olaraq Dubay Şahzadəsi şeyx Həmdan bin Məhəmməd bin Rəşid ölkəmizə gəlib. Onun ardınca isə digər şahzadə və şeyxlər Azərbaycana üz tutub.

Ərəb şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid hətta Bakıda da olub.


Şahzadə Azərbaycanda mülk alır (FOTO)
Ərəb şeyxləri Azərbaycanda
Azərbaycanı sevən milyarder şahzadə
Ərəb şeyxləri Azərbaycan kəndində

Tags:  Milyarder ərəblər ov Azərbaycanda FOTO


RƏYLƏR


Top news