Kapital Bank bölgələrimizi yaşıllaşdırdı (FOTO)

Kapital Bank bölgələrimizi yaşıllaşdırdı (FOTO)
11:23 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Kapital Bankın dəstəyi ilə Azərbaycanın bir sıra bölgələrində “Yaşıl ölkəm - bu gün əkdiyimiz ağac, sabah aldığımız bir nəfəsdir” devizi altında genişmiqyaslı yaşıllaşdırma aksiyası keçirilib. Bankdan Trend-ə verilən məlumata görə, yaşıllaşdırma işləri Salyan, Ucar, Kürdəmir rayonları və Gəncə şəhərində bir neçə parkda və yolkənarı boyu yerləşən böyük ərazilərdə aparılıb.

Kapital Bank əməkdaşlarının iştirak etdiyi ağacəkmə aksiyalarında bölgələrin iqliminə xas müxtəlif növ ağaclar əkilib.Yaşıllaşdırma işlərində əsasən iynəyarpaqlı ağaclar sinfinə məxsus küknar, eldar şamı və şam ağaclarından istifadə olunub. Magistral yolun kənarında əkilən ağacların əhəmiyyəti daim yaşıl qalmaları ilə yanaşı, karbon qazını və digər zərərli maddələri udub, atmosferə yüksək miqdarda oksigen ifraz etmə xüsusiyyətinə malik olmasıdır. Aksiya zamanı yeni əkilən ağac tingləri suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib. Abadlaşdırılan ərazilərdə ekoloji tazarlığın bərpasında mühüm rol oynayan sığırçın yuvaları quraşdırılıb.

“Təbiətin və ekoloji mühitin mühafizəsi Kapital Bankın korporativ sosial məsuliyyət siyasətinin mühüm hissəsini təşkil edir. Aksiyanın məqsədi ətraf mühitin mühafizəsinə töhfə vermək və insanlar arasında təbiətə qayğı hissini gücləndirməkdir.Əkilən hər bir ağac, salınan yaşıllıq zolaqları torpağın mühafizəsində və münbitliyinin təmin edilməsində mühüm rol oynayır və gələcək nəsillər üçün bir mirasdır”, - deyə Kapital Bankın Marketinq departamentinin Marketinq Kommunikasiyaları şöbəsinin rəisi Günel Fərzəliyeva bildirib.

Qeyd edək ki, yeni yaşıllıq zolaqlarında əkilən ağaclara qulluq Kapital Bankın dəstəyi ilə həyata keçiriləcək. Yeni əkilmiş ağacların vaxtı-vaxtında suvarılması üçün həmin ərazilərə su xəttinin çəkilməsi və su nasoslarının quraşdırılması da nəzərdə tutulub. Ölkədə ətraf mühitin mühafizəsinə və yaşıllıqların artırılmasına töhfə verən bu cür tədbirləri Kapital Bank davamlı olaraq keçirməyi planlaşdırır. Gələcəkdə respublikanın digər bölgələrində də analoji kampaniyaların keçirilməsi nəzərdə tutulur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Kapital Bankın müştəriləri kredit ödənişlərini “e-pul.az”, “kassam.az”, “hesab.az” portalları ilə yanaşı “eManat” və “MilliÖn” terminallarında, habelə Kapital Bankın filiallarında və pay.kapitalbank.az saytında həyata keçirə bilərlər. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2464448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR