Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin Neftçalada keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin Neftçalada keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib
11:23 3 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun dekabrın 25-də Neftçala rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib.
ƏMDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 11-də keçiriləcək qəbulda Neftçala, Şirvan, Hacıqabul, Salyan, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da şəhərdə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda adları qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid müraciətlərə baxılacaq. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi: (02126) 3 42 06, (02121) 5 52 45.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amlak_Meseleleri_Dovlet_Komitesi_sedrinin_Neftchalada_kechireceyi_vetendas_qebulunun_tarixi_deyisdirilib-907770

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR