Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İzzət Bağırzadədən hacı adına yaraşmayan SÖYÜŞ - FOTO

İzzət Bağırzadədən hacı adına yaraşmayan SÖYÜŞ - FOTO

Date: 3 December 2015 11:37

Əməkdar artist İzzət Bağırzadə etik normaları aşaraq təhqiramiz ifadələr yağdırıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, müğənni özünün "Instagram" səhifəsində yenicə ailə quran həmkarı, müğənni-rəqqasə Sevda Sanəliyeva və üçüncü tanımadığımız şəxslə şəklini paylaşıb. Elə təhqirləri də həmin şəklin altında qeyd edib. Özünə nəzarəti itirən müğənni etik normaları aşıb, küçə söyüşü söyərək təhqiramiz ifadələrə yol verib. Öz şərhində tərbiyəsiz ifadələrdən də çəkinməyən müğənni sosial şəbəkə istifadəçilərinin qınağına tuş gəlib.              

Həmin ifadələri olduğu kimi yazmaq əxlaq normalarına sığışmadığı üçün təqdim edə bilmədik. Lakin həmin ifadələrin əks olunduğu foto yazıya əlavə olunub.

Telefonlara cavab verməyən müğənninin prodüseri məsələ ilə bağlı bunu deyib: "Siz ondan icazə almısınız ki, yazdıqlarını yayırsınız? Özü yatıb. Yuxudan durduqdan sonra özü danışar".

Xatırladaq ki, müğənni hacıdır və bir neçə dəfə həcc ziyarətində olub.

Onu da qeyd edək ki, İ.Bağırzadənin yaxın dostu Vasif Məhərrəmli də dünən söyüş dolu statusu ilə gündəmə gəlib. Hər iki dost əvvəlcə söyüb, bir az sonra isə onu silib.

Məlumat üçün bildirək ki, müğənni "Instagram"ın tələblərini pozub. Belə ki, burada söyüş söymək qadağandır.

Milli.Az



Tags:  İzzət Bağırzadədən hacı adına yaraşmayan SÖYÜŞ FOTO


RƏYLƏR


Top news