Zamiq Kərimlə bağlı sualları cavabsız qoyub - fotolar

Zamiq Kərimlə bağlı sualları cavabsız qoyub -  fotolar
11:41 3 Dekabr 2015
35 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Zamiq Hüseynov film təklifi alıb.

Axşam.az-a açıqlama verən sənətçi yaxın günlərdə özünü aktyor kimi sınayacağını da bildirib: 

“Filmlərə çox təkliflər alıram. Amma o dərəcədə də bəyəndiyim, ürəyimcə olanı yoxdur. Gələcəkdə özüm istədiyim kimi bir filmə çəkiləcəm. Baş rolda oynayacam”.

Qalmaqallardan uzaq olduğunu deyən sənətçi “Bu yaxınlarda Kərim Abbasovla qalmaqal yaşadınız. İndi münasibətiniz necədir” sualını "Çox yaxşı filmdir" deyərək, cavabsız qoyub.

Z.Hüseynov daha sonra “Mən heç kimin haqqında danışmıram. Qalmaqaldan uzaq insanam. Küsülü olduğum müğənni yoxdur. Nəsə deyəndə ümumi söyləyirəm, kim özünə götürürsə, mənlik deyil” deyərək, əlavə edib.

Qeyd edək ki, K.Abbasovun "Saqqalı şou-biznesə ilk mən gətirmişəm. Məndən sonra edənlərin heç birinə yaraşmır" sözləri Z.Hüseynovu əsəbiləşdirmişdi.

Foto: Ramin ASLANOV




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41843

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR