Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

BANM-də "Emerson Process Management"in baş meneceri Raul Mercer seminar keçdi - FOTO

BANM-də "Emerson Process Management"in baş meneceri Raul Mercer seminar keçdi - FOTO

BANM-də "Bərpaolunan enerji: çağırışlar və perspektivlər" mövzusunda seminar (15 Mart 2017 11:52)
Raul "Real"ın tarixində ən yaxşı 5 futbolçunu müəyyən edib (10 Fevral 2017 23:37)

Tarix: 3 Dekabr 2015 11:42

Bakı Ali Neft Məktəbinin (BANM) "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" kafedrasının dəvəti ilə "Emerson Process Management" şirkətinin BP üzrə qlobal strategiyalar üzrə baş meneceri Raul Mercer Bakı Ali Neft Məktəbində oldu. O, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasında təhsil alan 1-ci və 2-ci kurs tələbələrinə "Upstream project responding to change" (Dəyişikliklərə uyğunlaşdırıla bilən neft-qaz layihələri) mövzusunda seminar keçdi.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, seminarda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək bildirdi ki, Bakı Ali Neft Məktəbinin bir sıra beynəlxalq şirkətlərlə yanaşı,  "Emerson Process Management" şirkəti ilə sıx əlaqələri var və bu əməkdaşlıq yüksək səviyyədədir.  Beynəlxalq şirkətlərin nümayəndələri tərəfindən BANM tələbələri üçün müxtəlif mövzularda seminar və təlimlərin keçirilməsindən məmnunluğunu ifadə edən rektor Elmar Qasımov bunun tələbələrin inkişafına xidmət etdiyini vurğuladı.

"Emerson Process Management" şirkətinin BP üzrə qlobal strategiyalar üzrə baş meneceri Raul Mercer öz növbəsində, neftin hasil olma prosesinin avtomatlaşdırılması və müxtəlif layihələrdə avtomatlaşdırmanın geniş tətbiqi mövzusunda təqdimatla çıxış etdi. Təqdimatın sonunda Raul Mercer tələbələrin böyük marağına səbəb olan mövzu ətrafında suallara cavab verdi.

Milli.Az






Teqlər:  BANM-də Emerson Process Managementin baş meneceri Raul Mercer seminar keçdi FOTO



RƏYLƏR


Top xəbərlər