İnstagram-da profilləri olan şou-biznes məşhurları arasında bu il paylaşdığı fotoların bəyənilmə sayına görə absolyut rekordçu amerikalı supermodel Kendal Cennerdir.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 19 yaşlı model saçlarını ulduz təki səpələyərək çəkdirdiyi fotonu paylaşandan sonra bu şəkli İnstagram-da 3,2 milyon insan bəyənib.
K.Cennerin profilinin 20 milyondan artıq daimi təqibçisi var.
İnstagram-ın ən populyar fotoları statistikasına əsasən hazırlanmış reytinqdə ikinci yeri amerikalı müğənni Teylor Svift tutub.
Milli.Az