Nardaranın girişində beton plitələr düzülür

Nardaranın girişində beton plitələr düzülür
11:47 3 Dekabr 2015
44 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Nardaran qəsəbəsinin girişində beton plitələr düzülür. “Report”un xəbərinə görə, yalnız qəsəbəyə giriş üçün yer saxlanılacaq.
Hazırda Nardarana daxil olanlar yoxlanıldıqdan sonra qəsəbəyə buraxılır.
Qeyd edək ki, dekabrın 1-də saat 08.00-dan qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.




Xəbərin orijinal ünvanı: http://report.az/hadise/nardaranin-girisinde-beton-pliteler-duzulur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR