Azərbaycan çempionatında yeni sistem tətbiq olunacaq

Azərbaycan çempionatında yeni sistem tətbiq olunacaq
11:52 3 Dekabr 2015
15 İdman
Ölkə mətbuatı
A- A+

Taekvondoçular 2015-ci ilə Azərbaycan çempionatı ilə yekun vuracaqlar.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, dekabrın sonlarında 2 yarış keçiriləcək.

Belə ki, Azərbaycan birinciliyinə gənclər start verəcəklər. Dekabrın 22-24-nə təsadüf edəcək yarış "Sərhədçi" Olimpiya İdman Kompleksində baş tutacaq. Dekabrın 25-də isə böyük yaş qrupları üzrə ölkə çempionatı start götürəcək. 3 gün davam edəcək yarışda paytaxt və bölgələrdə fəaliyyət göstərən komandaların müvafiq hazırlığa malik idmançıları mübarizə aparacaqlar.

Bu çempionatlar ölkəmizdə taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, federasiya mütəxəssislərinin və hakimlərinin peşəkarlığının, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır.

Yarış "Daeodo" beynəlxalq sistemi ilə keçiriləcək. Çempionatda, həmçinin videotəkrar sistemi də tətbiq olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387218.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR