Nardaran hadisələrinə görə Gəncədə 82 nəfər tutulub - FOTO

Nardaran hadisələrinə görə Gəncədə 82 nəfər tutulub - FOTO
11:57 3 Dekabr 2015
71 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə ictimaiyyət nümayəndələri, ziyalılar və din xadimləri Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı toplantı keçiriblər. Dövlətimizə və islam dininə qarşı törədilən bu  çirkin təxribat qətiyyətlə pislənilib.

Kəpəz TV (Region TV) xəbər verir ki, YAP Gəncə şəhər təşkilatının binasında baş tutan toplantıda noyabrın 26-da Bakının Nardaran qəsəbəsində bir qrup radikalın qanunsuz əməlləri nəticəsində baş verən xoşagəlməz hadisələrdən danışılıb. Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmağa cəhd edənlərin əməlləri birmənalı şəkildə pislənilib. Təəssüflə qeyd olunub ki, həmin ərəfədə radikal mövqeli bir qrup şəxs Gəncədə də öz çirkin niyyətlərini həyata keçirmək istəyib, lakin hüquq-mühafizə orqanları tərəfindən vaxtında qarşısı alınıb.

Elmar Vəliyev - Gəncə şəhər İcra Hakimiyyətinin başçısı: "İnsanlara qarşı hörmətsizlik, hətta döymək, polisi vurmaq cəhdləri oldu. Sözsüz ki, bunları Gəncə şəhər aktivinin üzvləri fədakarlıqla başa saldılar, başa düşmədikləri təqdirdə qanuna müvafiq olaraq polis orqanları qətiyyətlə qarşısını aldı və 82 nəfər həbs olundu. Yerdə qalanlar qaçdılar və sonradan onların hamısı məsuliyyətə cəlb olundu. Bütün bunlar bizdə çox təəssüf doğurur".

Azərbaycan dünyəvi, bəşəri, hüquq dövlətidir. Heç bir qüvvə xalqla dövlətin birliyini sarsıda bilməz. Din xadimləri də dövləti daim dəstəklədiklərini qeyd ediblər. 

Tahir Abbasov - Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli  nümayəndəsi: "Bizim dindarlarımız Azərbaycan cəmiyyətində hər zaman dövlətimizə dua edir, dövlətimizin dinimizə göstərdiyi bütün qayğıları biz canlı şahid kimi görürük. Yəni bu gün orada baş vermiş hadisəni biz qəbul etmirik və o hadisəni törədənlərə qarşı öz nifrətimizi bildiririk".

Rahilə Cəfərova - Həzrəti Zeynəb Məscidi Dini İcmasının sədri: "Bizim islam dini müqəddəs dindir. İslam dini azadlıq, sülh dinidir. O qədər kədərlənirəm. Gecə-gündüz bizim məsciddə dualar oxunur ki, bizim dindarlarımız bir-birinə mehriban olsunlar. Biz dindarlarımızla həmişə ulu öndərimizin yeganə varisi İlham Əliyev cənablarının arxasınca gedirik".

Gəncə şəhər ictimaiyyəti tərəfindən Nardaran qəsəbəsində baş verən hadisələri pisləyən müraciət qəbul edilib. 

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR