Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hafiz Paşayev: "İKT sahəsi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində vacib rol oynayacaq"

Hafiz Paşayev: "İKT sahəsi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində vacib rol oynayacaq"

Date: 3 December 2015 11:57

İnformasiya texnologiyaları sahəsi (İKT) energetikaya əsaslanmış Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində vacib rol oynaya bilər.

Trend-in məlumatına görə, bunu ADA Universitetinin rektoru, Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev Bakıda keçirilən III Regional İnternet İdarəçilik Forumunda deyib.

Onun sözlərinə görə, əhalidə, gənc nəsildə İKT sahəsindən necə mənfəət əldə edilə biləcəyinə dair ideyaların formalaşacağı ab-havası yaratmaq lazımdır.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ADA Universiteti və BMT-nin İnkişaf Proqramının Bakı ofisinin təşkil etdiyi iki günlük forumda BMT, Ümumdünya İnternet Korporasiyası, özəl və dövlət sektorlarının təqribən 300 nümayəndəsi, Azərbaycan və digər ölkələrin müxtəlif sahələrində çalışan alimlər, ekspertlər iştirak edirlər.

Milli.Az


Tags:  Hafiz Paşayev İKT sahəsi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində vacib rol oynayacaq


RƏYLƏR


Top news