Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Huawei" şirkətinin nümayəndəsi: Bizim mallara Azərbaycanda tələbat var

"Huawei" şirkətinin nümayəndəsi: Bizim mallara Azərbaycanda tələbat var

Date: 3 December 2015 11:58


Bakı, 3 dekabr, Ramiz Quliyev, AZƏRTAC
Çinin "Huawei" şirkətinin texnoloji avadanlıqları 100-dək ölkədə istifadə olunur. Şirkətin Azərbaycanda nümayəndəliyi 7 ildir ki fəaliyyət göstərir.
Bunu AZƏRTAC-a müsahibəsində “Bakutel 2015” sərgisində iştirak edən "Huawei" şirkətinin marketinq meneceri Fərhad Rzayev bildirib. Onun sözlərinə görə Azərbaycanın bir sıra idarə və təşkilatları "Huawei" şirkətinin mobil telefonlarını, innovativ avadanlığını alır. “Buna səbəb şirkətin məhsullarının yüksək keyfiyyəti, eləcə də, digər şirkətlərlə müqayisədə qiymətlərinin ucuz olmasıdır”, - deyən Fərhad Rzayev bildirib ki, "Huawei" dünyanın aparıcı telekommunikasiya həlləri təchizatçılarından biridir, bu sahədə dünyanın 80 ölkəsi sırasında yer alıb və daim inkişaf edir.


Tags:  Huawei şirkətinin nümayəndəsi Bizim mallara Azərbaycanda tələbat var



RƏYLƏR


Top news