Musiqili Teatrın səhnəsində yenidən “Qızıl toy” olacaq

Musiqili Teatrın səhnəsində yenidən “Qızıl toy” olacaq
11:58 3 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Dövlət Musiqili Teatrında “Qızıl toy” operettası nümayiş olunacaq. Əsərin libretto müəllifi Ramiz Heydər, bəstəkarı Oqtay Kazımidir. Komediyaya rejissor Yusif Əkbərov quruluş verib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssam Gülnarə İbadova, quruluşçu baletmeysterlər Zakir Ağayev və Yelena Ağayeva, dirijor Fəxrəddin Atayev, xormeyster Vaqif Məstanov, konsertmeyster Nərminə Əbdürəhmanovadır.
Əsas rollarda Əməkdar artistlər Nahidə Orucova, Ema Məlikova, Çingiz Əhmədov, Əkbər Əlizadə, aktyorlar Əzizağa Əzizov, Gültac Əlili, Türkel Şabanova və başqaları çıxış edəcəklər.
Müasir zaman üçün aktual olan əsərin əsas qayəsində Vətənə məhəbbət dayanır. Tamaşada da məhz bu hisslər aşılanır.
Əsərə ilk səhnə həyatını 1980-ci ildə rejissor Rafiq Atakişiyev verib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Musiqili_Teatrin_sehnesinde_yeniden_Qizil_toy_olacaq-907779

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR