Obamanın İŞİD açıqlaması

Obamanın İŞİD açıqlaması
05:51 30 Dekabr 2014
90 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmi Ştatları (ABŞ) prezidenti Barak Obama “NPR” radiosunun “Morning Edition” proqramında Stiv İnskipin suallarını cavablandırıb.

ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti Barak Obama İŞİD terror qruplaşmasının böyük bir təhlükə olduğunu və bunu gözardı etməməyin vacibliyini vurğulayıb.

ABŞ prezidenti İŞİD yaraqlılarının da Əl-Qaidə terrorçuları kimi ard-arda hücumlarla kifayətlənməyib böyük ərazilər zəbt etmək, güclü ordu qurmaq arzusunda olduqlarını dilə gətirib: “İŞİD real təhlükələrdən biridir. İraq ordusunun İŞİD-lə döyüşməyə gücü çatmasa da biz əsgər göndərməyəcəyik. Hələlik bu srtategiyada qalırıq”

Qeyd edək ki, B.Obama bundan əvvəlki çıxışlarında da İraqa İŞİD-lə döyüşmək üçün ordu yeritməyəcəyini bildirmişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317067

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR