Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

DİN-in polkovniki işçisi olan baş leytenantı döydü

DİN-in polkovniki işçisi olan baş leytenantı döydü

Date: 3 December 2015 12:05

Bakıda Daxili İşlər Nazirliyinin bölmə rəislərindən biri öz otağında əməliyyat müvəkkilini döyüb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq məsələ ilə bağlı baş leytenant olan əməliyyat müvəkkili bu barədə raport yazıb.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı, 1989-cu il təvəllüdlü Səməd Düsturov rəisin onu döyməsi haqda raport yazıb.

O bildirib ki, bölmə rəisi onu öz xidməti otağında müavini ilə birlikdə döyüb. Hadisə noyabrın 26-da saat 00:30 radələrində 25-ci Polis Bölməsində baş verib. S.Düsturov xidmət etdiyi Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı, 1968-ci il təvəllüdlü Rafael Albabayev və müavini olan polis mayoru, 1967-ci il təvəllüdlü Şakir Rüstəmov tərəfindən döyülüb. Hadisəni nəticəsində baş leytenant S.Düsturov xəsarət alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasında tibbi yardım aldıqdan sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Nizami RPİ-dən "Qafqazinfo"ya məlumat təsdiqlənib. Bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır. Hələ ki, cinayət işi açılmayıb.

Milli.Az


Tags:  DİN-in polkovniki işçisi olan baş leytenantı döydü


RƏYLƏR


Top news