Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

UNESCO-nun toplantısında Ermənistanın təxribatına layiqli cavab verilib

UNESCO-nun toplantısında Ermənistanın təxribatına layiqli cavab verilib

Date: 3 December 2015 12:08


Bakı, 3 dekabr, AZƏRTAC
Namibiya Respublikasının paytaxtı Vindhuk şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası işini davam etdirir. Xəbər verdiyimiz kimi, sessiya çərçivəsində Ermənistanın təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi” nominasiya faylı Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya daxil edilməyərək Ermənistan tərəfinə geri qaytarılıb. Azərbaycanın təqdim etdiyi “Lahıc misgərlik sənəti” nominasiya faylı isə nümunəvi model kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Qeyri-Maddi Mədəni İrs üzrə Komitənin müvafiq qərarından qəzəblənən Ermənistan nümayəndələri komitəyə, qiymətləndirmə orqanına, eləcə də Azərbaycan nümayəndə heyətinə qarşı saxta bəyanatlar verməyə cəhd ediblər. Onlar Azərbaycan mediasında həqiqətə uyğun olmayan məlumatların yayıldığını bildirərək Azərbaycan tərəfini məsələni siyasiləşdirməkdə ittiham edib.
Nümayəndə heyətimiz adından çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə Ermənistanın həmişə olduğu kimi, yenidən təxribata, Köçəri faylının UNESCO tərəfindən qəbul edilməməsini gizlətmək üçün həmişə olduğu kimi, Azərbaycana qarşı provokasiya və şantaja əl atdığını bildirib.
O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə pislənildiyinə baxmayaraq Ermənistan Azərbaycan ərazisinin 20 faizini hələ də işğal altında saxlayır. Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq hüquqa, UNESCO-nun müvafiq Konvensiyasının prinsiplərinə və komitəyə hörmət edir. Keçən il də Ermənistan tərəfindən komitə qərarının təhrif edilməsi kimi analoji addımın atıldığını xatırladan V.Eyvazzadə Ermənistanın UNESCO-ya Köçəri faylını təqdim etməsinin qədim Azərbaycan regionu Naxçıvana qarşı ərazi iddiaları ilə bağlı olduğunu diqqətə çatdırıb. O, Ermənistan tərəfini dialoq, sosial həmrəylik və qarşılıqlı hörməti təşviq edən Konvensiyaya riayət etməyə çağırıb.

Tags:  UNESCO-nun toplantısında Ermənistanın təxribatına layiqli cavab verilib



RƏYLƏR


Top news