Azərbaycan ordusunun giziri şəhid oldu

Azərbaycan ordusunun giziri şəhid oldu
12:11 3 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan ordusunun giziri şəhid olub.

ANS PRESS-in Müdafiə nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 30-da axşam saatlarında qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu gizir Novruzov Fariz Əlabbas oğlu həlak olub.

Fakt üzrə Hərbi Prokurorluq tərəfindən hadisənin baş verməsi şəraitinin müəyyən edilməsi üzrə araşdırma aparılıb. Araşdırmanın nəticəsi göstərib ki, gizir F. Novruzov qarşı tərəfdən atılan güllənin sapması nəticəsində şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfi regiondakı çətin hərbi-siyasi şəraitdən öz xeyrinə istifadə etmək məqsədilə vəziyyəti bir qədər də gərginləşdirməyə çalışır. Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq düşmənin fəallaşması cəhdinin qarşısının alınması və şəhidlərin qanının yerdə qalmaması məqsədilə zəruri tədbirlər həyata keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366317

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR