"Qurban Qurbanov daha ciddi oynamağımızı tapşırdı"

"Qurban Qurbanov daha ciddi oynamağımızı tapşırdı"
12:12 3 Dekabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

"Oyunun çətin keçəcəyini bilirdik. “Şəmkir” I divizionda oynayan klub olsa da, “Qarabağ”a qarşı yaxşı oynadı. Hətta qol vurmaq üçün imkanları da çox oldu. Gözəl oyuna görə onları təbrik edirəm. Sevinirəm ki, növbəti mərhələyə biz keçdik". Fanat.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Cavid Tağıyev “Şəmkir”ə qalib gəldikləri oyundan (2:0) sonra deyib.

Tağıyev ilk yarıda oyunlarının alınmadığınl bildirib: "İlk hissədə oyunumuz alınmadı. İkinci hissə başlayanda baş məşqçi tapşırıqlarını verdi və biz də üzərimizə düşən vəzifənin öhdəsindən gələrək qələbə qazandıq. Baş məşqçi daha ciddi oynamağımızı tapşırdı. İlk hissədə bizim də qol epizodlarımız oldu. Elə 2 epizoddan mən yararlana bilmədim. Qurban Qurbanov da fasilədə tapşırdı ki, topu daha çox saxlayaq və qapıya zərbələrdə dəqiq oynayaq".

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqurban-qurbanov-daha-ciddi-oynamamz-taprdquot-t45893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR