Murad Dadaşov yenidən kökəldi - fotolar

Murad Dadaşov yenidən kökəldi -  fotolar
12:16 3 Dekabr 2015
70 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Murad Dadaşov yenidən kökəlib.

Tədbirlərin birində Axşam.az fotokamerasına tuş gələn şoumen bu haqda açıqlama verib:

“Arıqlamışdım. İndi yenidən kökəlmişəm”.

M.Dadaşov yeni layihəsindən də bəhs edib. O, artıq “Maşın” şounun olmayacağını bildirib:

“Öz işimizi yeniləmək istəyirik. Artıq Azərbaycan tamaşaçısı “Maşın” şoudan yorula bilər. İzləyicilər yeni bir layihə görmək istəyir. Son 1 aydır Azərbaycanda deyiləm. Dünyaformatlı layihələri ölkəmizə gətirmək istəyirəm. Bu teleoyundur, çox maraqlıdır. Vaxtilə Türkiyədə də, Rusiyada da belə veriliş yayımlanıb. Bir az maliyyə tərəfdən qeyri-müəyyənlik var. Sponsoru özümüz tapmalı, qazanmalı və telekanala qazandırmalıyıq. Bunları yoluna qoyduqdan sonra veriliş haqda geniş açıqlama verəcəm".

Qeyd edək ki, M.Dadaşov açıqlamasında 27 kiloqram çəki atdığını bildirmişdi.

Foto: Ramin ASLANOV





Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41846

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR