Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazir: "Bu aydan Azərbaycanda əlilliyin təyin olunması ilə bağlı yeni avtomatlaşdırılmış sistemə keçiləcək"

Date: 3 December 2015 12:17

O bildirib ki, bununla bağlı Nazirlər Kabinetinin qərar layihələri hazırlanıb: “Onlardan biri Nazirlər Kabinetinə təqdim olunub. İkisi də bu günlərdə təqdim olunacaq. Dekabrın 15-ə qədər bu layihələrin imzalanması gözlənilir. Çünki bütün müvafiq qurumlarla bu məsələni razılaşdırmışıq. Layihədə Səhiyyə Nazirliyin zəruri saydığı sonuncu dəyişiklər əlavə olunur. Proqram təminatı tam hazırdır. Heç bir problemimiz yoxdur. Nazirlər Kabinet qərar verən kimi bunun tətbiqinə başlayacağıq. Bütün hallarda qərarın verilməsi üçün ən gec tarix yanvar ayının 1-i ola bilər”.
Nazir qeyd edib ki, yeni qaydalara görə bütün növ təkrar müayinələr ləğv olunacaq: “Əlillər 5 il müddətində heç bir halda təkrar müayinəyə müraciət etməyəcəklər. Əlilliyinin müəyyən olunması avtomatlaşdırılmış şəkildə müəyyənləşdiriləcək. Müayinənin nəticələri də dərhal avtomatlaşdırılmış şəkildə bizim mərkəzi informasiya bazamıza daxil ediləcək. Yəni hər hansı bir şəxs Səhiyyə Nazirliyinin daxilində olan hospitallardan, xəstəxanalardan və ya poliklinikalardan “forma 8” alacaq, onunla internet vasitəsilə bizə müraciət edəcək. Sənət bizə daxil olan kimi avtomotik şəkildə həmin şəxsin hansı tarixdə, hansı vaxtda, hansı komissiyaya müraciət etdiyi göstəriləcək. Tibbi Sosial Ekspert Komissiyası kimlərin onlara müraciət edəcəyini ancaq həmin gün biləcək. Müraciətə həmin gün baxılacaq və dərhal da avtomatlaşdırılmış şəkildə nəticələr sistemə daxil edilir”.

Tags:  Nazir Bu aydan Azərbaycanda əlilliyin təyin olunması bağlı yeni avtomatlaşdırılmış sistemə keçiləcək

RƏYLƏR


Top news