Kənd Təsərrüfatı Nazirliyinin ilginc rüşvət siyahısı - FOTO

Kənd Təsərrüfatı Nazirliyinin ilginc rüşvət siyahısı - FOTO
12:17 3 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

"Yeni Müsavat" qəzetinin redaksiyasına Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin "mətbəx"inə aid ilginc sənəd daxil olub. Sənəddə sözügedən xidmətin daxilindəki rüşvət preyskurantları qeyd olunub. Bunu qəzetimizə ötürən şəxs bildirib ki, Dövlət Baytarlıq Xidməti ölkəyə idxal (ixrac) olunan yüklərə, məhsullara baytarlıq icazəsinin alınması üçün müraciət edən sahibkarlardan külli miqdarda rüşvət alır.

Malların siyahısı zəngin olduğu üçün bunu sistemləşdirmək və idxal olunan malların siyahısı, onların çəkisinə müvafiq olaraq "taksa"sı barədə idarənin müvafiq şöbəsində qeydiyyat aparılıb. Necə deyərlər, xidmət bu siyahı əsasında çalışır. Heç nə unudulmasın, qarışıq salınmasın deyə.

"Yeni Müsavat"a eyni zamanda bu daxili sənədlərin surəti də daxil olub. Mənbə qeyd edir ki, bu siyahı xidmətin əksər əməkdaşlarına məlumdur və sirr kimi saxlanılmır.

Siyahıdakı qiymətlərə diqqət edək. Ölkəyə idxal edilən damazlıq toyuq yumurtasının birinə 1 sent, bir günlük cücənin birinə 1 sent, eləcə də xaricdən gətirilən bir baş iribuynuzlu heyvana 25 manat, qoyun-keçiyə 12 manat, 100 tonlarla ət, yağ, süd və süd məhsulları, quru süd, balıq və digər heyvandarlıq məhsullarının hər bir maşınına 100-150 manat qiymət müəyyənləşib.

Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıdan başqa, Dövlət Baytarlıq Nəzarəti İdarəsindən icazəsi nəzərdə tutulmayan konservləşdirilmiş, yəni termiki işləmədən keçmiş heyvan mənşəli məhsullar - balıq konservi, mal əti konservi, quru süd, dondurma, yoqurt, qatılaşdırılmış süd, mayonez, uşaq qidası, kərə və digər emal edilmiş yağlar, kolbasa məmulatları, kimyəvi yollarla işlənmiş dərinin hər maşınına 100-150 manat rüşvət tələb olunması da redaksiyamıza verilən məlumatlar sırasındadır.

Amma siyahıda diqqət çəkən qiymətləndirmə aşağıdakı kimidir.

İribuynuzlu mal-qara məsələsində hansı ölkədən idxal/ixrac olunması və bunun siyahıda qiymətlərə necə təsir göstərməsi də maraqlıdır. Belə ki, redaksiyamıza çatan siyahıda MDB-dən gətirilən bir ədəd iribuynuzlu üçün alınan rüşvətin məbləği 25 AZN olaraq qiymətləndirilib. 09.10.2015 tarixinə aid olan siyahıda göstərilib ki, həmin tarixdə idxal olunan iribuynuzlu mal-qaranın sayı 101 ədəddir. Bu, hesablanıb və sonda ümumi 2525 AZN məbləği qeyd olunub. Avropadan idxal olunan 1 baş iribuynuzlu üçünsə 30 AZN-lik rüşvət müəyyən olunub. İt-pişik yeminin 1 tonu üçün 71 AZN rüşvət müəyyən olunub. Sözügedən tarixdə idxal olunan 5 tonluq it-pişik yemi üçün 400 AZN məbləğində rüşvət siyahıda qeyd olunub. Yarımfabrikatların 1 tonu üçün 8 AZN, jelenin eyni miqdarı üçün 8 AZN qiymət qeyd olunub. İxrac qiymətləri də aşağı sayılmaz. Xırdabuynuzlu heyvan dərisinin 1 ədədi üçün qiymət 0.005 sent müəyyənləşib. Həmin gün onların sayı 73713 ədəd olub. Sonuc... 450 AZN.

Siyahı xeyli zəngin olduğu üçün "Yeni Müsavat" onu olduğu kimi təqdim edir (şəkillərə baxın).
Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, bu məsələ araşdırılıb: "Belə bir siyahının mövcud olması mümkün deyil. Şər-böhtan xarakteri daşıyır. Rüşvətdən söhbət gedə bilməz".

Y.Xanvəli dedi ki, bu siyahı ilə tanışdırlar və onun haradan, necə yaranması barədə anlayışları yoxdur: "Bildiyimiz bir şey var ki, bu, ağ yalandır".

"Yeni Müsavat"








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qüdsdə toqquşmalar: 56 nəfər xəsarət alıb

28 İyul 2017 08:42

Bakıda sərxoş piyadanı yük avtomobili vurub - FOTO

28 İyul 2017 08:42

Kriştiano Ronaldoya şok təklif

28 İyul 2017 08:37

"Transfer qiymətlərində müəyyən hədd olmalıdır"

28 İyul 2017 08:32

Bakıda bərbər müştərisi tərəfindən döyülüb

28 İyul 2017 08:27

15 yaşlı oğlan dondurmadan zəhərlənib

28 İyul 2017 08:27

Bakıda məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı artırılacaq

28 İyul 2017 08:22

Rus gözəl bu dəfə bikiniləri ilə gündəmdə - FOTO

28 İyul 2017 08:22

Sürücülərin nəzərinə: 4 gün qaldı

28 İyul 2017 08:17

3 yaşlı qıza təcavüz edib öldürdü, öz orqanlarını isə qohumlarına bağışladı

28 İyul 2017 08:17

""Beşiktaş"ın mənə göstərdiyi maraq və sevgidən təsirləndim"

28 İyul 2017 08:05

ABŞ Rusiyanın yeni səfiri postuna namizədini təsdiqlədi

28 İyul 2017 08:04

Turizm əhəmiyyətli yolda təmir başladı

28 İyul 2017 08:03

Özünü körpüdən yerə atan qızın intihara cəhd etməsinin səbəbi məlum olub

28 İyul 2017 08:02

Dondurmalara diqqət edin!

28 İyul 2017 07:59

Avstraliyalı məşhur arıq modellərə meydan oxudu - FOTO

28 İyul 2017 07:57

"Viktoriya Plzen" maraqlı ideyanı reallaşdırıb - FOTO

28 İyul 2017 07:52

Tubanı silən Onur qızlarıyla tətilə çıxdı - FOTO

28 İyul 2017 07:42

Bu ölkədə etiraz edənlər 10 ilədək həbs olunacaq

28 İyul 2017 07:39

"Çelsi" futbolçunun müqaviləsini uzadıb icarəyə göndərdi

28 İyul 2017 07:37

Qolf topu boyda dolu Türkiyədə təyyarənin şüşəsini sındırıb

28 İyul 2017 07:32

Bakıda 7 mağaza yanıb

28 İyul 2017 07:32

İstanbulda leysan səbəbindən Bakıdan uçuşlar ləğv olunubmu?

28 İyul 2017 07:27

Koutinyonun qiyməti müəyyənləşib

28 İyul 2017 07:17

Aparıcı özünü Merilin Monroya bənzətdi - FOTO

28 İyul 2017 07:17

Onun işi gücü gerçəklə virtualı birləşdirməkdir - ÇAŞDIRICI FOTOLAR

28 İyul 2017 07:13

Südlü mərcimək şorbasının HAZIRLANMA QAYDASI

28 İyul 2017 07:05

Britaniya Avropa Birliyi ilə sərhədlərini bağlayacaq

28 İyul 2017 07:02

Yaponiyanın müdafiə naziri istefa verdi

28 İyul 2017 06:47

Məkkə ətrafında ballistik raket vuruldu

28 İyul 2017 06:44

Министр обороны Японии уйдет в отставку

28 İyul 2017 06:32

Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var

28 İyul 2017 06:32

Körfəz sahilində villa - FOTO

28 İyul 2017 06:32

Ən xeyirli yay meyvələri

28 İyul 2017 06:18

Bakıda taksi sürücüsü mübahisə zamanı intihara cəhd göstərib

28 İyul 2017 06:02

Bakıdan İstanbula uçuşlar ləğv edilib?

28 İyul 2017 05:56

Bakıda 7 mağaza yandı

28 İyul 2017 05:54

Leonardo çoxlu qızla əylənərkən

28 İyul 2017 05:49

Məşhur filmlərin ruhunda masalar - FOTO

28 İyul 2017 05:32

Meyvəli ticarət mərkəzində gənc oğlan bıçaqlanıb

28 İyul 2017 05:27

Bakıda sərxoş piyadanı yük avtomobili vurdu - FOTOLAR

28 İyul 2017 05:23

Yaponların ömrünün uzunluğu rekord həddə çatıb

28 İyul 2017 05:19

İstanbula düşən dolu 10 nəfəri xəstəxanalıq etdi

28 İyul 2017 05:09

Azərbaycan neftinin SON QİYMƏTİ

28 İyul 2017 04:39

Balerinalar şəhərdə - FOTO

28 İyul 2017 04:32

İğtişaşlar törədən 58 nəfərə ömürlük həbs verildi

28 İyul 2017 04:28

Qüdsdə toqquşmalar: azı 120 yaralı

28 İyul 2017 04:14

"Vəziyyəti düzəltmək şansımız var" - Roman Qriqorçuk

28 İyul 2017 03:57

Bill Qeyts artıq dünyanın ən varlı adamı deyil

28 İyul 2017 03:42

ABŞ Senatı Rusiya əleyhinə sanksiyaları təsdiqlədi

28 İyul 2017 03:39