Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Zəyəm Texnologiyalar Parkında daha üç müəssisə istifadəyə veriləcək

Zəyəm Texnologiyalar Parkında daha üç müəssisə istifadəyə veriləcək

Date: 3 December 2015 12:23


Şəmkir, 3 dekabr, Sabir Əliyev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları bölgələrin inkişafında, əmək ehtiyatlarından daha səmərəli istifadə edilməsində başlıca rol oynayıb. Proqram çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində regionlar inkişaf edir, yeni iş yerləri yaradılır, bununla da əhalinin sosial rifah halı yaxşılaşır. Bu işlərin davamı olaraq Şəmkir rayonunda Zəyəm Texnologiyalar Parkının fəaliyyəti ölkəmizdə ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet məhsulların istehsalı ilə məşğul olan sahələrin də uğurlu inkişafına daha bir nümunədir.
AZƏRTAC xəbər verir ki, Zəyəm Texnologiyalar Parkı ASC-nin əsas fəaliyyəti neft çənlərinin, metro tunellərinin tikintisində istifadə olunan əyri metal təbəqələrin, qalın boruların, yeraltı və yerüstü çənlərin, habelə böyük qabaritli metal konstruksiyaların, istilik qazanlarının, qaldırıcı qurğuların, müxtəlif təyinatlı kənd təsərrüfatı texnika və avadanlıqlarının, müasir tipli istixana komplekslərinin metal konstruksiyalarının istehsalından ibarətdir. Müəssisənin 7 hektar ərazisi var. Parkda 3 müəssisə fəaliyyət göstərir. Bunlar mexaniki, rəngləmə və hazırlıq müəssisələridir. Yaxın zamanlarda isə daha üç müəssisə istifadəyə veriləcək.
Zəyəm Texnologiyalar Parkı Avropanın və Asiyanın tanınmış müəssisələrində istehsal edilmiş ən yeni texnoloji avadanlıqlarla təchiz olunub. Müəssisədə presləmə, boru əymə, çən və boruları qaynaq edən, metal konstruksiyaları bucaq altında kəsən müasir avadanlıqlar quraşdırılıb.
Qeyd edək ki, ötən dövrdə Zəyəm Texnologiyalar Parkı ASC-də istehsal olunan məhsullar həm daxili, həm də xarici bazarlara - Türkiyə və Polşaya ixrac edilib.
Hazırda Zəyəm Texnologiyalar Parkının istehsalat sahələrində 106 nəfər çalışır. Tikilməkdə olan yeni müəssisələr istifadəyə verildikdən sonra işçilərin sayı 250 nəfərə çatdırılacaq. Bu da öz növbəsində yerli sakinlərin sosial yaşayış standartlarının xeyli yaxşılaşmasına səbəb olacaq.





Tags:  Zəyəm Texnologiyalar Parkında üç müəssisə istifadəyə veriləcək


RƏYLƏR


Top news