Böyük Britaniyada üç günlük körpə donor olub

Böyük Britaniyada üç günlük körpə donor olub
12:28 3 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr , AZƏRTAC
Böyük Britaniyada doğuluşundan sonra cəmi 74 dəqiqə yaşayan körpə ən kiçik donora çevrilib.
AZƏRTAC Böyük Britaniyanın BBC saytına istinadla xəbər verir ki, hadisə Emma və Endru Linin ailəsində baş verib. Kembric şəhər xəstəxanasında Coş və Houp (Josh and Hope) əkizləri dünyaya gəliblər. Valideynlər əkizlərdən birinin beyin və kəllə sümüklərində yaranmış problemdən əvvəlcədən xəbərdar idilər. Onlar tibb işçilərinin məlumatından kədərlənsələr də, itirdikləri qız övladlarının böyrəklərini donor kimi digər ehtiyacı olan uşaqlara vermək qərarına gəliblər. Houpun atasının bu addımı atmasına səbəb qızının yaşadığı qısa müddət ərzində onun barmağından möhkəm tutmasından təsirlənməsi olub.
Həkimlər valideynlərin bu hərəkətini təqdir edirlər.
Statistikaya əsasən, Birləşmiş Krallıqda 2005-ci ildən indiyədək təxminən iki yaşadək qırx üç və 60 günədək on bir körpənin bədən orqanları donor qismində transplantasiya olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boyuk_Britaniyada_uch_gunluk_korpe_donor_olub-907794

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR