Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

XİN: “Amonbe” Assosiasiyasının prezidenti adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasını xahiş edib

XİN: “Amonbe” Assosiasiyasının prezidenti adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasını xahiş edib

Date: 3 December 2015 12:33

Bakı. Trend:

Almaniya Federativ Respublikasının vətəndaşı, “Amonbe” Assosiasiyasının prezidenti Piter Qraf Şönborn Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə Trend-ə Azərbaycan XİN-dən məlumat verilib.

Məktubunda P.Şönborn Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib.

O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik mənası daşıya bilməyəcəyini vurğulayıb.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, P.Şönborn Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfər ilə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. P.Şönborn həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.

P.Şönbornün müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  XİN Amonbe Assosiasiyasının prezidenti adının Arzuolunmaz şəxslər siyahısından çıxarılmasını xahiş edib

RƏYLƏR


Top news