Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ADİU-da Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaradılıb

ADİU-da Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaradılıb

Date: 3 December 2015 12:33


Bakı, 3 dekabr, AZƏRTAC 
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaradılıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, mərkəzin ümumi, təlim, tədris və imtahan haqqında əsasnamələri ADİU-nun elmi şurasında təsdiqlənib.
Mərkəzin yaradılmasının məqsədi ADİU-da müasir tələblərə cavab verən mütəxəssislər hazırlamaqdır. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində həyata keçiriləcək tədris prosesinə xarici universitetlərin müəllimlərinin cəlb edilməsi də planlaşdırılır. Mərkəzdə magistrantların tədrisi dörd dildə – Azərbaycan, türk, ingilis, rus dillərində həyata keçiriləcək.
ADİU-da hazırda tədris olunan, ingilis dilində maliyyə, türk dilində biznesin təşkili və idarə olunması, eləcə də beynəlxalq münasibətlər və diplomatiya, turizm və otelçilik ixtisasları Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində tədris ediləcək.
Türkiyənin nüfuzlu universitetləri ilə əldə edilmiş razılığa əsasən, ADİU-da tədrisi təşkil edilən üç ixtisas – biznesin təşkili və idarə olunması, beynəlxalq münasibətlər və diplomatiya, turizm və otelçilik ixtisasları üzrə təhsil alan magistrlara ADİU-nun diplomu ilə yanaşı, Türkiyənin müvafiq universitetlərinin də diplomunun verilməsi nəzərdə tutulub.

Tags:  ADİU-da Beynəlxalq Magistratura Doktorantura Mərkəzi yaradılıb


RƏYLƏR


Top news