XİN almaniyalı assosiasiya prezidentinin adını “arzuolunmaz şəxslər siyahısı”ndan çıxarıdı

XİN almaniyalı assosiasiya prezidentinin adını “arzuolunmaz şəxslər siyahısı”ndan çıxarıdı
12:34 3 Dekabr 2015
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Almaniya Federativ Respublikasının vətəndaşı, “Amonbe” Assosiasiyasının prezidenti Piter Qraf Şönborn (Peter Graf Schönborn) Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasını xahiş edib. Xarici İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, məktubunda P.Şönborn Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik mənası daşıya bilməyəcəyini vurğulayıb.

 

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, P.Şönborn Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfər ilə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. P.Şönborn həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.

 

P.Şönbornün müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223758

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR