Evimizə səssiz, iysiz girən qatildən necə qurtulmalı?

Evimizə səssiz, iysiz girən qatildən necə qurtulmalı?
12:37 3 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda, xüsusən də paytaxt Bakıda qışın gəlişi  ilə dəm qazından boğulanların sayı artır. Maarifləndirmə işlərinin aparılmasına baxmayaraq iysiz və gözəgörünməz qatil, demək olar ki, hər gün can alır.

Son olaraq dekabrın 1-də Bakı Dövlət Universitetinin tələbəsi, 20 yaşlı İlahə Abuzərova Xətai rayonu Şıxlınski küçəsində yerləşən mənzildə dəm qazından boğularaq ölüb. Noyabrın 27-də isə akademik Tofiq Hacıyev dəm qazından eyni səbəbdən dünyasını dəyişmişdi. Bu, sadəcə, son bir neçə gündə dəm qazının qurbanına çevrilənlərdir. Ümumiyyətlə, axır 5 günün statistikasına diqqət etsək, görərik ki, 5 nəfər dəm qazının qurbanı olub.

Bəs həyatımıza son qoya biləcək dəm qazı haqda hər şeyi bilirikmi? Onun qurbanına çevrilməmək üçün hansı tədbirləri görməliyik?

Bir daha yada salaq ki, kimyəvi adı karbon-monoksid  (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. Dəm qazı natamam yanma məhsulu olub güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4 oksidə çevrilərək tüstü boruları vasitəsilə xaric olunur. Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar yarandıqda insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar. Bu da nəticə etibarı ilə zəhərlənməyə səbəb olur.

Dəm qazı ilə zəhərlənmə daha çox rast gəlinən zəhərlənmələr siyahısında alkoqoldan, dərman preparatları və narkotik maddələrlə zəhərlənmədən sonra dördüncü yeri tutur. Diqqət etsək, görərik ki, dəm qazından zəhərlənmələrin 70 faizi hamam otaqlarında baş verir. Bunun da səbəbi qaz quraşdırılan hamamın və ya mətbəxin standartlara cavab verməməsidir. Belə ki, qaz cihazı istifadə olunan otağın, mətbəxin və ya hamamın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır.

Qaz cihazından istifadə edilən qapalı yerdə mütləq şəkildə havaçəkən sistem işləməli, nəfəslik açıq saxlanılmalıdır. Hamamda ventilyasiya borusu, qapının aşağı hissəsində dəliklər olmalıdır, hamamı isti saxlamaq üçün bunları bağlamaq olmaz. Əgər bir evə 0,1 faiz dəm qazı yığılıbsa, artıq zəhərlənmə baş verəcək. Əgər mənzilə, mətbəxə, hamamxanaya 4,5 faiz qaz yığılıbsa, bu artıq partlayışa səbəb ola bilər. Bu cür partlayışın zərbə qüvvəsi çox böyük dağıntılar yaradır. Buna görə də tüstü bacaları, ən azı, ildə iki dəfə təmizlənməli, bu məqsədlə mənzil kommunal-istismar sahələrinə və ya bacaların təmizlənməsi ilə məşğul olan xüsusi lisenziyalı özəl şirkətlərə müraciət edilməlidir.

Dəm qazı iysiz olub hiss edilməsə də, bundan zəhərlənmələrin əlamətlərini hiss etmək olur: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq. Dəm qazı orqanizmə əsasən nəfəsalma zamanı ağ ciyərlər vasitəsilə daxil olur.

Orqanizmə daxil olan dəm qazı hemoqlobinlə birləşərək karboksihemoqlobin əmələ gətirir. Karboksihemoqlobin isə dəm qazı ilə hemoqlobinin çətin ayrılan birləşməsi olduğundan oksigenin hemoqlobin vasitəsilə üzv və toxumalara  daşınmasının qarşısını alır. Nəticədə orqanizmdə hipoksiya (oksigen aclığı) başlayır. Hipoksiya bütün orqanizmin, eləcə də onun ayrı-ayrı üzv və toxumalarının oksigenlə təchizatının pozulmasıdır. Mərkəzi sinir sistemi, ürək, həmçinin böyrək və qara ciyərin toxumaları hipoksiyaya daha çox həssasdır.

Dəm qazından zəhərlənmə avtomobillərdə də mümkündür. Belə ki, avtomobilin qarajda 10 dəqiqə işləməsi şəraitində nəfəs alan adamın qanında karbon-monoksidin miqdarı ölümcül həddə çata bilər. Havada dəm qazının miqdarı 0,08 faiz olduqda başağrısı, başgicəllənmə və boğulma başlayır. Dəm qazının miqdarı nəfəs aldığımız havada 0,32 faiz olduqda 30 dəqiqə, 1,2 faiz olduqda isə 2-3 dəqiqə ərzində - 2-3 nəfəs almadan sonra ölüm baş verir. Zəhərlənmə zamanı ölümün səbəbi isə tənəffüs mərkəzinin iflici nəticəsində ürəyin dayanmasıdır.

Ümumiyyətlə, dəm qazından zəhərlənmiş insan özü özünə ilkin tibbi yardım göstərə bilmir.  Bu cür insanlara yalnız onun ətrafında olanlar yardım göstərə bilərlər. Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı qıcolmalar, huşun uzun müddətə itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir.

Zəhərlənmiş insan dərhal təmiz havaya çıxardılmalı, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad edilməli, təcili tibbi yardım çağırılmalıdır. Ağciyər ödeminin qarşısını almaq üçün isə zərərçəkəni yarı oturaq vəziyyətdə oturtmaq, alnına, sinəsinə soyuq kompres qoymaq lazımdır. Əgər o, nəfəs almırsa və ürək dayanmışsa, dərhal ürəyin xarici masajı və süni tənəffüs həyata keçirilməlidir.

"Yeni Müsavat"

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Əri Gülşənə Beyonsun üzüyündən aldı - 600 minə - FOTO

29 May 2017 19:37

Orqanizmi qocalmağa qoymayan 6 cavanlıq cövhəri haqqında bilmədikləriniz

29 May 2017 19:37

Mingəçevirdə anasını qətlə yetirən şəxs polisə təslim olub

29 May 2017 19:37

Elşən Abdullayev icarəyə verilir? - RƏSMİ

29 May 2017 19:37

Quba sakinini tok vurdu

29 May 2017 19:34

Prezident İlham Əliyev və Həsən Ruhani arasında telefon danışığı olub

29 May 2017 19:34

Siyəzəndə tank əleyhinə mina, qumbara və 95 ədəd güllə aşkar edilib - FOTO

29 May 2017 19:27

Alim Qasımov nəvəsi ilə səhnədə - VİDEO

29 May 2017 19:27

"Dözümsüzlük və nifrət cinayətlərinə qarşı..."

29 May 2017 19:22

"Qarabağ"ın legioneri bu həftə Bakıda olacaq - SON DURUM

29 May 2017 19:17

Prezident İlham Əliyev Həsən Ruhaniyə telefonla zəng edib

29 May 2017 19:15

Azay Quliyev: Milli azlıqların inteqrasiyası məsələsi hələ də bəzi ATƏT ölkələrində öz həllini gözləyir

29 May 2017 19:15

Orucla bağlı doğru bilinən yanlışlar

29 May 2017 19:13

Mağaradan malikanə düzəltdi - Bir gecə üçün 950 dollar kirayə pulu alır - FOTO

29 May 2017 19:12

Göz rənginə uyğun makiyaj - FOTO

29 May 2017 19:12

Dünən 4 nəfər qəza nəticəsində dünyasını dəyişib

29 May 2017 19:09

3 ildir axtarışda olan İŞİD komandiri öldürüldü

29 May 2017 19:09

"Yahşi Cazibe"nin aktyoru xəstəxanaya düşdü - FOTO

29 May 2017 19:05

Hondurasda oyundan əvvəl izdiham zamanı faciə baş verib: 5 nəfər ölüb, 25 nəfər yaralanıb

29 May 2017 19:02

Mingəçevirdə benzinlə ehtiyatsız davranan gənc yanıb

29 May 2017 18:57

Alman futbolçu 6 aylıq sıradan çıxdı

29 May 2017 18:57

19 yaşlı türk "Tottenhem"də - 9 milyon avro

29 May 2017 18:57

Həkimlər plastik baş düzəltdilər - Tibb aləmində ilk

29 May 2017 18:52

Şəkidə iki nəfəri it dişlədi

29 May 2017 18:47

Axtarışda olan İŞİD komandiri məhv edildi

29 May 2017 18:43

Acuna romantik ismarıc - FOTO

29 May 2017 18:42

Moskvada GÜCLÜ QASIRĞA: Ölənlər var

29 May 2017 18:42

NATO PA Gürcüstan hökuməti və parlamenti qarşısında yeni tələblər qoyub

29 May 2017 18:42

Turisti döyən bakılılar saxlanıldı

29 May 2017 18:39

Aİ Suriyaya qarşı sanksiyaların müddətini uzatdı - QƏRAR

29 May 2017 18:37

Moskvada TƏBİİ FƏLAKƏT - Ölən və yaralananlar var

29 May 2017 18:33

"Xoşuna gəlmirsə, baxma!" - Qısa geyimdə muğam qalmaqalı

29 May 2017 18:27

Bakıda özünü 17-ci mərtəbədən atan 2 uşaq anası ilə bağlı şok görüntülər...

29 May 2017 18:26

18 yaşlı qız internetdə bakirəliyini satışa çıxartdı

29 May 2017 18:18

Türkiyənin ən böyük körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - VİDEO - FOTO

29 May 2017 18:17

Mavi Xəzər...

29 May 2017 18:16

İraqda neft yatağında partlayış olub

29 May 2017 18:15

Milli Məclisin deputatı beynəlxalq konfransda milli azlıqların hüquqlarının təmin olunması ilə bağlı çıxış edib

29 May 2017 18:12

Solmaz məşhur serialın baş roluna çəkiləcək - FOTO

29 May 2017 18:12

"Biz şagirdləri parta arxasına həbs etmirik" - Replə dərs keçən müəllim - VİDEO - FOTO

29 May 2017 18:05

8 yaşlı qız elektrik dirəyi üçün qazılan quyuya düşdü - FOTOLAR

29 May 2017 18:03

​Özbəkistanda dəyirmi masa keçirildi

29 May 2017 18:03

Şri-Lankada daşqında ölənlərin sayı 177-ə çatıb

29 May 2017 17:57

Sumqayıt sakini “Milli Ön”dən oğurluq edib

29 May 2017 17:54

İslam və sehr, cadu, ziyarətgahlar

29 May 2017 17:53

Avropa Mərkəzi Bankı ekspansiyanı davam etdirəcək

29 May 2017 17:52

Şri-Lankada daşqında ölənlərin sayı 177-ə çatıb

29 May 2017 17:50

Rusiya NATO-nu bu ölkədən vuracaq – Putin ən güclü RAKETİNİ GÖNDƏRDİ

29 May 2017 17:43

Rusiya əhalisinin əksəriyyətinin yığımı yoxdur

29 May 2017 17:42

Günə kofe ilə başla, 1 həftəyə 5 kq arıqla

29 May 2017 17:41