"Məktəbdə mənə fahişə deyirdilər" - FOTO

"Məktəbdə mənə fahişə deyirdilər" - FOTO
12:42 3 Dekabr 2015
139 Maraqlı
Ölkə mətbuatı
A- A+

Amerikalı aktrisa, fotomodel və rəssam Ember Rouz "Paper Magazine" jurnalı üçün fotosessiyaya çəkilib.
32 yaşlı ulduz ən məşhur feminist xanımların obrazlarında olub.
Jurnalın "Fandemonium" layihəsi çərçivəsində E.Rouz "Pussy", "Riot", Marlen Ditrix, Rozi və Qloriya Steynemə "çevrilmişdi".
Milli.Az TMZ-yə istinadən bildirir ki, Ember Rouzun dediyinə görə, hələ məktəbdə oxuyanda dəlisov, çılğın xarakteri ilə seçilirdi.
"Məktəbdə mənə qızlar "fahişə, dəli" deyirdilər. Səbəb bilirdiniz nə idi?! Səkkizinci sinifdə oxuyanda dərs otağında hamı çıxandan sonra bir oğlanla öpüşürdüm. Bu zaman qapı qəflətən açıldı və içəri qızlar girdilər. Elə o illərdə feminist oldum. Amma boşanandan sonra feminizmlə vidalaşdım. Məktəbdə açıq-saçıq geyinirdim, kimsəyə fikir vermirdim. Reper Viz Xalifa ilə ailə həyatı quranda hər şeyin yaxşı olacağını düşünürdüm. Alınmadı. Boşandıq", - Ember Rouz deyib.
"Paper Magazine" jurnalının "Fandemonium" layihəsində Peris Hilton, Xlo Sevinyi, Lüsi Heyl və Mark Ceykobs da iştirak ediblər.
 

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/387171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR