Nikita Mixalkov Bakıda ustad dərsi keçib

12:42 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, Dövlət Film Fondunda təşkil edilən görüşdə Azərbaycanın kino xadimləri, yaradıcı şəxslər iştirak edib.
Ustad dərsində Nikita Mixalkov Azərbaycanlı aktyor və rejissorlara, tələbələrə kino bilgilərindən, film təcrübəsindən danışıb, həmçinin ona ünvanlanan yaradıcı sualları cavablandırıb
Xatırladaq ki, Rusiyanın görkəmli kino xadimi Nikita Mixalkov 70 illik yubileyi münasibətilə Bakıya yaradıcılıq səfərinə gəlib.
Dekabrın 4-də Heydər Əliyev Sarayında N.Mixalkovun yaradıcılıq gecəsi keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/nikita-mixalkov-bakida-ustad

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR