Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

TQDK-nın yeni rəqəmsal çap sistemi Parisdə təqdim olundu

TQDK-nın yeni rəqəmsal çap sistemi Parisdə təqdim olundu

Date: 3 December 2015 12:44

Sual Kitabçalarının Rəqəmsal Hazırlanması və Auditi Sisteminin layihəsini əsasında avadanlıqların alınması və quraşdırılması sisteminin tam istifadəsi artıq həyata keçirilib və TQDK-nın bu ildə keçirdiyi demək olar ki, bütün imtahanlar üzrə 600 minə yaxın sual kitabçası yeni sistemlə çap olunub.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu sistem Komissiyanın keçirdiyi bütün növ imtahanlar üzrə sual kitabçalarının hər bir imtahan iştirakçısı üçün fərdi qaydada tərtibini, yüksək sürətli və keyfiyyətli çapını, çap olunmuş sual kitabçalarının imtahan zalları üzrə avtomatik paketlənməsini və bu paketlərin imtahan binaları üzrə avtomatlaşdırılmış şəkildə qablaşdırılmasını nəzərdə tutur. Sistem həmçinin, bütün bu proseslərin tam dəqiqliklə yerinə yetirilməsinə də təminat verir.

Layihə çərçivəsində ilk texnoloji xətt 2014-cü ildə istifadəyə verilib və sınaq məqsədilə kiçik həcmli imtahanlarda istifadə olunub.

Qeyd edək ki, sistem öz sahəsində dünya lideri olan Canon, Sony, Kirk-Rudy, Axode kimi şirkətlərin avadanlıqları və proqram təminatlarının istifadə edildiyi kompleks bir həlldir və dünyadakı oxşar sistemlər arasında bənzəri yoxdur.

2015-ci ildə Canon şirkətinin əməkdaşları TQDK-nın icazəsi ilə Parisdə keçirilən Canon Expo-2015 sərgisində bu sistemi nümayiş etdiriblər. Canon şirkətinin əməkdaşı Vim Martensin sözlərinə görə, nümayiş böyük marağa səbəb olub. 

 

 

 


Tags:  TQDK-nın yeni rəqəmsal çap sistemi Parisdə təqdim olundu

RƏYLƏR


Top news