Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Telekanala xəbərdarlıq: ""Məhəbbət əhvalatları"ndan şikayətlər gəlir"

Telekanala xəbərdarlıq: ""Məhəbbət əhvalatları"ndan şikayətlər gəlir"

Date: 3 December 2015 12:47

"Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılandan sonra Şura verilişlərin məzmunu ilə bağlı narahatlığını dəfələrlə dilə gətirmişdi. Eyni zamanda, kanallara verilişlərin məzmununa diqqət etmələri tövsiyə edilmişdi. Bu aspektdən yanaşanda hazırda bir çox verilişlərin məzmununda müəyyən qədər bayağılıq qalmaqdadır".

Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, "Space" televiziyasında yayımlanan "Məhəbbət əhvalatları" verilişində də bayağılıq müşahidə olunur: "Bu verilişlə bağlı Şuranın "qaynar xətt"inə şikayətlər daxil olur. "Məhəbbət əhvalatları" verilişinin formatında bir balaca dəyişiklik olsa, yaxşıdır. Hazırda konkret qanun pozuntusu olmadığına görə biz verilişə müdaxilə etmirik. Amma verilişin aparıcısını, ümumiyyətlə, verilişin formatında müəyyən qədər dəyişiklik edilməsi ilə bağlı öz tövsiyələrimizi vermişik. Verilişdəki sünilik, bayağılıq müəyyən dərəcədə aradan qaldırılsa, yaxşı olar".

Şöbə müdiri qeyd edib ki, "Space" telekanalının təmsilçiləri bu haqda məlumatlandırılıblar: "Kanalın təmsilçiləri bizim tövsiyələri nəzərə alacaqlarına söz veriblər. Biz də hələ ki gözləmə mövqeyindəyik".

Milli.Az


Tags:  Telekanala xəbərdarlıq Məhəbbət əhvalatlarından şikayətlər gəlir


RƏYLƏR


Top news