Məşhur 72 yaşlı aktrisa qadınla sevişdiyini etiraf etdi (FOTO)

Məşhur 72 yaşlı aktrisa qadınla sevişdiyini etiraf etdi (FOTO)
12:51 3 Dekabr 2015
50 Şou
Ölkə mətbuatı
A- A+

Amerikanın məşhur aktrisası Holland Teylor lesbian olduğunu etiraf edib.

ANS PRESS-in məlumatına görə, məşhur aktrisa və teleaparıcı Teylor Holland şəxsi həyatından danışarkən hamını təəcübləndirib.

O, bu vaxta qədər niyə evlənməməsinin səbəbini açıqlayıb. Onun sözlərinə görə, müasir dövrdə artıq homoseksual olmaq normaldır:

“Bizim nəsil üçün belə bəyanatlar qeyri adi halldır. Mən evlənməməyimin səbəbini deyəcəm sizə və bu mövzunuda bir daha açmayacam. Heç vaxt orientasiya ilə bağlı heçnə deməmişəm. Çünki bunların hamısı şəxsi həyatımla bağlıdır. Mən qadınla münasibətdəyəm. Onunla yatıb dururam. Özü də məndən çox kiçikdir. İndi mən özümü narahat hiss etdim. Həmişə çox utancaq olmuşam və hisslərimə qarşı mübarizə aparmışam”.

72 yaşlı aktrisa Holland Teylorun sevgilisi 40 yaşlı həmkarı Sara Polsondur.


Holland Teylor və Sara Polson

Sara Polson lesbian olduğunu gizlətməyib. O, əvvəl 59 yaşlı aktrisa Çerri Cons ilə 5 il münasibəttə olub. Polson Holland ilə romanını şərh etməyib.

Cütlük artıq bir neçə aydır ki bir yerdədir.

Dünya şoubiznesində homoseksual cütlüklər artıq nadir hadisə deyil. Bir çox məşhur ulduzlar eynicinsli şəxslə münasibətdədirlər və bunu gizlətmirlər.

Dünya şöhrətli müğənni Elton Con "sevgilisi" Devid Fernişlə də evləniblər. İngilis pop-rok müğənnisi, bəstəkar, pianoçu cinsi azlıqların nümayəndəsidir. 1993-cü ildə Elton Con və David Furniş tanış olublar. 2014-cü ildə rəsmən evləniblər.


Elton Con və Devid Ferniş

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366316

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR