Rusiya-Türkiyə görüşünün vaxtı açıqlandı

12:51 3 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Suriya ilə sərhəddə Rusiyaya məxsus "Su-24" hərbi təyyarəsinin vurulmasından sonra Rusiya və Türkiyə arasında ilk görüş ola bilər. ANS PRESS-in məlumatına görə, hər iki ölkənin xarici işlər nazirləri Serbiyanaın paytaxtı Belqradda görüşəcək.

ANS PRESS-in məlumatına görə, dünyanın diqqət mərkəzində olan Rusya XİN rəhbəri Sergey Lavrovla türk həmkarı Mövlud Çavuşoğlunun görüşü Türkiyə vaxtı ilə saat 16.30 (Bakı vaxtı ilə 18:30) da başlayacaq.

Görüş Belqradda ATƏT Nazirlər Şurasının 22-ci iclası çərivəsində olacaq.

Lavrov ötən gün türk həmkarının onunla görüşmək istədiyini və bu tələbə rədd cavabı vermədiyini açıqlamışdı.

Rusiya təyyarəsinin vurulmasından sonra ötən həftə Lavrov və Çavuşoğlu telefon vasitəsilə danışıblar.


Mövlud Çavuşoğlu- Türkiyə XİN rəhbəri

ABŞ Dövlət Departamentindən olan bir rəsmi də ötən gün nazirlərin Belqradda görüşəcəyini istisna etmədiklərini demişdi. Mənbə bu görüş sayəsində böhranın yoluna girə biləcəyini də istisna etmirdi.

Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24”ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.

Təyyarə böhranından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə Parisdə keçirilən İqlim Dəyişkənliyi konfransı zamanı görüşmək istədiyini dilə gətirmişdi. Lakin Putin Ərdoğanla görüşdən imtina edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366320

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR