Əsgər Abdullayevin rəhbərlik etdiyi "Neftçi" Azərbaycan Kubokunun 1/8 final mərhələsində inamlı qələbə qazanıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Neftçi" bu mərhələdə I Divizion təmsilçisi "Qaradağ Lökbatan"ı 8 cavabsız qolla məyus etdiyi qarşılaşmanın ardından hər iki komandanın baş məşqçiləri fikirlərini bildirdilər.
"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev: "Zəif oyun olmur, zəif hazırlıq olur. Biz komandanı oyuna kökləyə bildik və qələbə qazandıq. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər".
"Qaradağ Lökbatan"ın məşqçisi Araz Əliyev: "Oyun barədə artıq nəsə danışmağa ehtiyac yoxdur. "Neftçi" qələbə qazandı, onlara uğurlar arzu edirəm. "Neftçi" həmişə kubok və çempionluq üçün mübarizə aparıb".
Milli.Az