“Təyyarə böhranı” Türkiyənin Rusiyadakı hansı biznes sahələrinə təsir edə bilər? - ARAŞDIRMA

“Təyyarə böhranı” Türkiyənin Rusiyadakı hansı biznes sahələrinə təsir edə bilər? - ARAŞDIRMA
12:54 3 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da biznes-klass sinfli təyyarə yaşayış evlərinin üzərinə düşüb (16 May 2017 01:17)
Almaniyada təyyarə qəzası - Ölənlər var (06 Aprel 2017 03:33)
Almaniyada təyyarə qəzası baş verib: (06 Aprel 2017 01:12)

Noyabrın 24-də Suriyada Su-24 təyyarəsinin vurulmasından sonra Rusiya-Türkiyə münasibətlərində gərginlik pik həddə çatıb. Rusiya rəhbərliyi 2016-cı il yanvarın 1-dən Türkiyə ilə vizasız rejimi ləğv etmək haqqında qərar verib. Noyabrın 28-də prezidentVladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər haqqında fərman imzalayıb. Həmin fərmanda 2016-cı ilin yanvarın 1-dən Türkiyə vətəndaşlarının Rusiyada işə götürülməsinə qadağa qoyulması, Türkiyədən gələn yük avtomobil daşıyıcılarının fəaliyyətinə nəzarəti gücləndirmək kimi tədbirlər əks olunub.

 

Rusiya baş naziri Dmitri Medvedev də baş verən insidentin iki ölkə arasında bir sıra mühüm layihələrin ləğv edilməsinə gətirib çıxaracağını qeyd edib.

 

İki ilə yaxındır ki, Qərbin sanksiyaları ilə üz-üzə qalan Rusiya Türkiyəyə iqtisadi sanksiya tətbiq edəcəyini açıqlayıb.   

 

APA-nın Moskva müxbiri Rusiyadakı Türkiyə biznesi ilə bağlı araşdırma aparıb, Türkiyə şirkətlərinin əsasən hansı sahələrdə fəaliyyət göstərdiyini araşdırıb. Məlum olub ki, Türkiyə kompaniyaları əsasən Rusiyanın bank sektoru, yüngül sənaye, tikinti, avtomobil hissələrinin hazırlanması, restoran biznesi və digər sahələrdə fəaliyyət göstərirlər.

 

Bank sektoru

 

Rusiyanın bank sektorunda Türkiyə bankları mühüm yer tuturlar. Ötən əsrin 90-cı illərindən etibarən Türkiyənin ən böyük bankları Rusiyada filialları ilə təmsil olunmağa başlayıb. Eləcə də bu ölkənin bank sektorunda səhm paketi türkiyəli iş adamlarına məxsus bir sıra banklar da fəaliyyət göstərir.

 

Rusiyanın bank sektorunda ən fəal iştirak edən Türkiyə banklarından biri Avropa Kredit Bankıdır. Bank 1997-ci ildə Rusiya Mərkəzi Bankında qeydiyyatdan keçib. Avropa Kredit Bankı Rusiyanın 50 ən yaxşı bankı siyahısına daxildir. Türkiyənin "FİBA Holdinq"inə məxsus olan Avropa Kredit Bankının 2014-cü ildə gəliri 1 mlrd. 943 mln. rubl olub.

 

Rusiyada fəaliyyət göstərən digər Türkiyə bankı isə "Prokommertsbank"dır. 1994-cü ildə Rusiya Mərkəzi Bankında qeydiyyatdan keçən bu bank türkiyəli iş adamı Haktanır Sipahiyə məxsusdur. Keçən il "Prokommertsbank"ın gəliri 12 mln. rubl olub.

 

Rusiya ərazisində Türkiyə banklarının filialları da fəaliyyət göstərir. Onlardan biri "Qaranti" bankıdır. Rusiyada 1995-ci ildən fəaliyyətə başlayan “Qaranti” bankı Rusiyada aktivlərinin sayına görə üçüncü yüzlüyə daxildir. 2014-cü ildə bankın gəliri 179 mln. rubl olub.

 

1993-cü ildən Rusiyada fəaliyyət göstərən "Ziraat bank" isə aktivlərin həcminə görə beşinci yüzlüyə daxildir. 2014-cü ildə "Ziraat bank"nın gəliri 97 mln. rubl olub.

 

Rusiyada fəaliyyət göstərən ən məşhur Türkiyə banklarından biri də "Yapı Kredi Bankı"dır. 1994-cü ildən bu ölkədə qeydiyyatdan keçən bankın 2014-cü ildə gəlirinin 374 mln. rubl olduğu bildirilir. "Yapı Kredi Bankı" Rusiyanın bankları arasında aktivlərin həcminə görə beşinci yüzlüyə daxildir. 

1994-cü ildən Rusiyada fəaliyyət göstərən "İşbank" isə aktivlərin həcminə görə Rusiya bankları arasında ikinci yüzlüyə daxildir. Türkiyə İş Bankası Fonduna məxsus olan bu bankın 2014-cü ildə gəliri 169 mln. rubl olub.

 

Yüngül sənaye

 

Rusiya bazarında Türkiyəyə məxsus bir sıra ayaqqabı və tekstil müəssisələri fəaliyyət göstərir.  Onlardan biri "Bris-Bosfor" ASC-dir. Şirkət 1995-ci ildən Krasnodar vilayətinin Novorossiysk şəhərində fəaliyyət göstərir. "Bris-Bosfor" ASC gün ərzində "Espa" markası adı altında 90 min cüt ayaqqabı istehsal edir. Bu müəssisənin aktivlərinin 18%-i Türkiyənin "Ayakkabıcılıq" kompaniyasına məxsusdur. Səhm paketinin digər aktivləri isə rusiyalı partnyorlara məxsusdur. "Bris-Bosfor" ASC-nin 2014-cü ildə gəliri 1 mlrd. 744 mln. rubl olub.

 

2003-cü ildə Rusiyada fəaliyyət göstərən "Taç tekstil" ASC isə Nijeqorod vilayətində yerləşir. Türkiyənin "Arzum" kompaniyasına məxsus olan bu müəssisə hazırda iflasın astanasındadır.

 

Rusiyada tekstildə geniş təmsil olunan Türkiyə brendllərindən biri də ADL ("Adilişık") geyim firmasıdır. “LC Waikiki”, “Colin's” kimi geyim firmalarının daxil olduğu bu firma demək olar ki, Rusiya ərazisində yerləşən bütün ticarət mərkəzlərinə fəaliyyət göstərir.

 

Tikinti sektoru

 

Son 20 ildə Türkiyə kompaniyaları Rusiyada bazarında aktiv fəaliyyət göstərilər. Onlar əsasən əvvəl podratçı kimi, daha sonra isə investor kimi fəaliyyət göstərməyə başlayıblar. Ümumilikdə, Rusiyanın tikinti bazarına qoyulan sərmayənin həcmində Türkiyə kompaniyalarının payı o qədər də böyük deyil. Təkcə Moskva regionunu götürsək, görərik ki, bu region o qədər nəhəngdir ki, prinsipcə hansısa xarici kompaniyanın bazarı tərk etməsi tikinti sektoruna ciddi təsir etməz.

 

Bu gün Rusiya ərazisində Türkiyənin 100-ə yaxın tikinti kompaniyası fəaliyyət göstərir. Həmin kompaniyalar xüsusilə, 2014-cü ildə Soçi şəhərində keçirilən Qış Olimpiya Oyunları üçün hazırlanan tikinti layihələrində iştirak ediblər.

 

Rusiya ərazisində Türkiyəyə məxsus ən böyük tikinti kompaniyası "Renaissance Construction"dır. Rusiyada 1993-cü ildə əsası Erman İlcak tərəfindən qoyulan bu kompaniya Türkiyənin "Ronesans Holdinq"inə məxsusdur. ""Ronesans Holdinq" nəinki Rusiyada, dünyanın bir sıra ölkələrində tikinti biznesi ilə məşğuldur. Bu kompaniyanın Rusiyadakı layihələrinə misal olaraq "Moskva siti"də "Evalyutsiya" qülləsi, Sankt-Peterburqdakı "Laxta tsentr"ı göstərmək olar. 2014-cü ildə "Renaissance Construction"un Rusiyada gəliri 64,4 mlrd rubl olub.

 

Rusiya tikinti bazarında mühüm yer tutan digər Türkiyə kompaniyası "Sembol"dur. Bu kompaniya Krasnodar vilayətində yerləşən "Qornaya karusel" idman-turizm kompleksinin baş podratçısı olub.

 

"Enka" Holdinq. Bu kompaniya Rusiyada bir sıra dövlət tenderlərinin qalibi kimi də ad çıxarıb. Rusiya Dövlət Dumasının rekonstruksiyası ilə məhz "Enka" Holdinq məşğul olub. "Moskva siti"dəki "Başnyu na nabrejnoy" qülləsi də "Enka" tərəfindən tikilib.

"Enka" Holdinq Rusiyada tikinti sektorundan başqa, yeyinti sektorunda da aktiv iştirak edir. Moskvada fəaliyyət göstərən "Kapitoli" hipermarketlər şəbəkəsi məhz bu holdinqə məxsusdur. Təkcə "Kapitoli" hipermarketlərinin 2014-cü ildə gəliri 5,8 mlrd. rubl olub.

"Enka" Holdinq Rusiya iqtisadiyyatına qoyduğunu sərməyələr sırasında 2015-ci ilin yanvarında açılışı olan "Kuntsevo Plaza" çoxfunksiyalı kompleksini göstərmək olar. Türkiyə kompaniyası "Kuntsevo Plaza"nın tikintisinə 500 mln. dollar sərmayə qoyub.

 

Rusiyanın tikinti sektorunda fəaliyyət göstərən Türkiyəyə məxsus digər kompaniya "IC Ictas inşaat" firmasıdır. Bu firma əsasən dövlət əhəmiyyətli yolların tikintisinə dair tenderlərin qalibi olub. "IC Ictas inşaat" hazırda Sankt-Peterburqdakı "Zapanıy Skorostnoy diametr" ödənişli avtomobil yolunun mərkəzi hissəsindəki estakada və körpülərin tikintisinin və Moskva-Sankt-Peterburq M11 yolunun 543-983 kilometrinin tikintisinin podratçısıdır. Bundan başqa, "IC Ictas inşaat" Sankt-Peterburqun Pulkova hava limanında yeni terminal da inşa edib.

 

Turizm sektoru

 

Rusiyanın ən böyük turizm şirkətlərindən biri olan "Coral Travel" Türkiyənin "OTİ Holdinq"inə məxsusdur. "Rosturizm"in məlumatına əsasən, 1994-cü ildə əsası qoyulan "Coral Travel"in 2014-cü ildə xarici ölkələrə səyahət paketi satışından gəliri 400 mln. rubldan çox olub.

 

Rusiya ərazisində fəaliyyət göstərən Türkiyəyə məxsus digər turizm şirkəti "Aneks Tur Moskva"dır. Türkiyənin "Anex" qrupuna daxil olan bu şirkət 1998-ci ildən Rusiyada fəaliyyət göstərir. "Rosturizm"in məlumatına əsasən, şirkətin 2014-cü ildə gəliri 100 mln. rublu aşıb.

 

Avtomobil hissələri istehsalı sektoru     

 

Türkiyə avtomobil hissələri istehsalı sektorunda da aktiv iştirakçılardan biridir. Türkiyə şirkətləri təkcə Rusiyada avtomobil hissələri istehsal etmir, həm də bu ölkəyə avtomobil hissələri ixrac edirlər. Belə ki, Rusiya hər il Türkiyədən 440 mln. dollar dəyərində avtomobil hissələri idxal edir.

 

Rusiyada Türkiyəyə məxsus 14 avtomobil hissələri istehsalı müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələr Rusiya avtomobil zavodları ilə əməkdaşlıq edirlər.

 

Avtomobil ehtiyat hissələri istehsalı ilə məşğul olan "Martur automotiv sitinq ənd interiors" ASC-nin Rusiyada 14 müəssisəsi var. Bu kompaniya Türkiyənin "Martur" şirkətinə məxsusdur.

 

Digər avtomobil ehtiyat hissələri istehsalı ilə məşğul olan "Tirsan" ASC Tatarıstanda fəaliyyət göstərir. 2011-ci ildən fəaliyyət göstərən "Tirsan" "Kamaz" yük avtomobilləri üçün kardan valı istehsal edir. 2014-cü ildə bu kompaniyanın gəliri 159 mln. rubl olub.

Samara vilayətinin Tolyatti şəhərində fəaliyyət göstərən "Nobel automativ rusia" ASC Türkiyənin "Orhan"Holdinqinə məxsusdur. 2014-cü ildə kompaniyanın gəliri 164 mln. rubl olub.

 

Məişət texnikası istehsalı sektoru

 

Türkiyənin ən böyük məişət texnikası brendi olan "BEKO" 1997-ci ildən Rusiya bazarında fəaliyyət göstərir. Bu ticarət markası Türkiyənin "Koç Holdinq" koorparasiyasına daxildir. Kompaniya böyük və kiçik hər cür məişət texnikası istehsal edir. "Grundig", "Bregenz", "Arctic", "Blomberg" kimi brendlərin daxil olduğu 11 adda brend məhz bu kompaniyaya aiddir. 2006-cı ilin oktyabrında "BEKO" Vladimir vilayətinin "Kirjaç" şəhərində öz zavodunu açıb. Kompaniyanın 2014-cü ildə gəliri 9 mlrd. 344 mln. rubl olub.

 

Alkoqol məhsulları istehsalı sektoru

 

1999-cu ildə Moskvada Türkiyənin pivə istehsalı kompaniyası olan "Anadolu Efes" ilk zavodunu açıb. 2014-cü ildə isə zavod fəaliyyətini dayandırıb. Hal-hazırda "Anadolu Efes"in Rusiya 4 zavodu fəaliyyət göstərir. Bunlar Ufa, Kazan, Novosibirsk və Ulyanovskdakı zavodlardır. Kompaniya Rusiyanın pivə istehsalı bazarının 17%-ni tutur. "Efes Pilsener", "Starıy melnik", "Zolotaya boçka", "Kozel" və digər 25-dən çox pivə markası "Anadolu Efes"ə aiddir. Kompaniyanın 2014-cü ildə gəliri 30 mlrd. 955 mln. rubl olub.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İtaliyada toqquşma - Gözyaşardıcı qaz tətbiq olundu

28 May 2017 05:13

Rio Olimpiadasının irland mükafatçıları korlanmış medallarını geri qaytarıblar

28 May 2017 04:42

Sabiq prezidentin qəbri dağıdıldı

28 May 2017 04:33

Elvis Preslinin şəxsi təyyarəsi hərracda satılıb

28 May 2017 04:22

Suraxanıda 4 dəmir köşkü yanıb

28 May 2017 04:08

Dəhşət: bu gölə toxunan daşa dönür

28 May 2017 04:04

İngiltərə kuboku "Arsenal"ın oldu - VİDEO

28 May 2017 03:58

Serbiyanın paytaxtında güclü partlayış

28 May 2017 03:33

Üç model yeni kampaniyada - FOTO

28 May 2017 03:32

"Barselona" ardıcıl üçüncü dəfə İspaniya Kubokunu qazanıb

28 May 2017 03:17

Məşhur rok ulduzu dünyasını dəyişdi - FOTO

28 May 2017 02:58

Belqradda güclü partlayış olub

28 May 2017 02:50

Donald Tramp G7 liderlərinin birgə fotoçəkilişinə gecikib

28 May 2017 02:32

Cazibədar Sunniva - FOTO

28 May 2017 02:32

"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi oldu

28 May 2017 02:32

Ağcabədidə 4 metrlik gürzə öldürüldü - FOTO

28 May 2017 02:03

ABŞ KXDR-nin qarşısını almaq üçün Sakit okeana üçüncü təyyarə gəmisini göndərib

28 May 2017 01:52

Suriya qoşunları Hələbin 12 kəndini İŞİD-ən azad edib

28 May 2017 01:37

Səyyahlar üçün mebel - FOTO

28 May 2017 01:32

Nömrəni səhv yığdı, xoşbəxt oldu

28 May 2017 01:29

Putinlə Ərdoğan telefonla danışdı

28 May 2017 01:28

Hər gün 5 alma çəyirdəyi yeyin

28 May 2017 01:09

Ermənistanda gömrük məntəqəsinin rəisi həbs edildi

28 May 2017 01:03

İtaliyada G7 sammitinə etiraz edənlərlə polis arasında toqquşma olub

28 May 2017 01:02

Azərbaycanda 28 May

28 May 2017 00:42

G7 sammiti başa çatdı

28 May 2017 00:38

Ən çox milyarderi olan ölkələr

28 May 2017 00:16

Astroloji proqnoz - 28 may

28 May 2017 00:13

Azərbaycan Xalq Cümhuriyyəti 98 yaşında

28 May 2017 00:07

“NATO PA-da növbəti dəfə erməni yalanının şahidi olduq” - Siyavuş Novruzov

28 May 2017 00:05

İtalyan model Silviya - FOTO

28 May 2017 00:05

Günün qoroskopu: ünsiyyət üçün əla gündür

28 May 2017 00:05

Böyük məbləğə satılan 15 qəribə rəsm əsəri - FOTO

28 May 2017 00:05

Oruc tutan şəxslər idmanla məşğul ola bilər?

27 May 2017 23:57

Alimlər keçəlliyin səbəbini tapdılar

27 May 2017 23:57

Facebook-a bağlılığınız uşaqlarınıza mənfi təsir edir

27 May 2017 23:57

Keçmiş senator həyatını itirdi

27 May 2017 23:54

İftarda ərik suyu için

27 May 2017 23:52

Putin və Ərdoğan arasında telefon danışığı olub

27 May 2017 23:47

“Həzrət Davudun (ə) orucu” nə deməkdir?

27 May 2017 23:47

Kamran Ağayev "Amkar" klubuna keçə bilər

27 May 2017 23:43

Oruc tutanlar bu xəbəri mütləq oxuyun! - həkim məsləhəti

27 May 2017 23:42

Moruqla müalicə olunmaq üçün 5 resept

27 May 2017 23:37

"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi olub

27 May 2017 23:37

Serial ulduzu kurortda istirahət edir - FOTO

27 May 2017 23:32

Yeniyetmə avarçəkənimiz Avropa çempionatında finala çıxdı

27 May 2017 23:32

Bülənt Ərsoyu kobranın sancdığı görüntülər ortaya çıxdı

27 May 2017 23:30

Bülent Ersoyu kobranın vurduğu anlar ortaya çıxdı - VİDEO

27 May 2017 23:27

Bu 11 qidanı soyuducunun buzluğunda saxlamaq olmaz

27 May 2017 23:27

Ramazan ayında niyə xurma yeyilir?

27 May 2017 23:22