Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

DSX-da “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda seminar keçirilib

Date: 3 December 2015 13:03

Bakı. Trend:

Dövlət Sərhəd Xidməti (DSX) ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə tədbirlər planına uyğun olaraq, dekabrın 2-də DSX-nın Akade­miyasında “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda seminar keçirilib.

DSX-nın Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, DSX-nın Akademiyasının rəisi general-mayor Araz Məmmədov, DQİDK-nın sədr müavini Səyavuş Heydərov seminarda dini radikalizm və onun fəsadları barədə çıxış ediblər. Bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətləri, vətəndaş­la­rı­mızı xaricdə fəaliy­yət göstərən dini ekstre­mist qrupların və onların silahlı dəstələri­nin tərkibinə qoşmaq cəhdləri qətiyyətlə pislənib, bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri haqqında geniş məlumat verilib.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu milli siyasət nəticəsində ölkəmizdə müxtə­lif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqları, respublikamızın tolerantlıq və multi­kul­tu­­ralizm nümunəsinə çevrildiyi xüsusilə qeyd olunub.

Seminarda müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilib, dini amillərdən yararlanaraq radi­kal­­lı­ğa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstər­mə­sinin zəruriliyi vurğu­lanıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  DSX-da Azərbaycanda radikal dini cərəyanlar onlara qarşı mübarizə mövzusunda seminar keçirilib


RƏYLƏR


Top news