Abşeron rayonunun Hökməli qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Abşeron rayonunun Hökməli qəsəbəsində qəsəbə sakini Həsən Gülhüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarında dayanmış “Azəryolservis” MMC-yə məxsus yerhamarlayan traktora vurub. Nəticədə xəsarət almış H.Gülhüseynov xəstəxanaya aparılarkən yolda ölüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.