Milli Məclis yanında Toponimiya komissiyasının sədri seçildi

Milli Məclis yanında Toponimiya komissiyasının sədri seçildi
13:05 3 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclis yanında Toponimiya komissiyasının sədri məlum olub.

APA-nın məlumatına görə, İsa Həbibbəyli Toponimiya komissiyasının iclasında sədr seçilib.

Qeyd edək ki, dekabrın 1-də Milli Məclisin iclasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun Xəritəçəkmə və coğrafi adlar şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasova, Milli Məclisin deputatı Nizami Cəfərov, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli, AMEA Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov, Milli Məclisin deputatı Fəzail İbrahimli, Milli Məclisin Aparat rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri İdrak Qarayev, Milli Məclisin deputatı Musa Quliyev, AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin üzvü Yaqub Mahmudov, AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, AMEA Dilçilik İnstitutunun Onomastika şöbəsinin müdiri Qara Məşədiyev, AMEA vitse-prezidenti, Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı Milli Məclis yanında Toponimiya komissiyasının üzvləri seçiliblər.

Qeyd edək ki, İ. Həbibbəyli həm də Elm və təhsil komitəsinin sədridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387240.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR