Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda qışda gözlənilən hava açıqlandı

Azərbaycanda qışda gözlənilən hava açıqlandı

Date: 3 December 2015 13:06

Bu qış Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, fəsillik proqnozlar Ümumdünya Мeteorologiya Тəşkilatının (WMO) yüksək texnologiyalarla təchiz olunmuş 5 regional iqlim mərkəzində hazırlanır və təşkilatın bütün üzv ölkələri üçün yayımlanır.

Mövsümü proqnozlar çoxsaylı rəqəmli, dinamik və statistik modellər arasından seçilmiş daha realistik modellərin əsasında tərtib edilir.

Yuxarıda qeyd olunan modellərin nəticələrinə əsasən, çoxillik statistik meteorоloji məlumatların təhlilinə görə Cənubi Qafqaz regionunda, eyni zamanda Azərbaycanda bu qış fəslinin nisbətən mülayim keçəcəyi, temperaturların iqlim norması daxilində, bəzi yerlərdə normadan bir qədər yüksək olacağı qənaətinə gəlinib.

Qış fəslinin ortaları və sonunda temperaturun bəzi günlərdə normadan aşağı enəcəyi ehtimal olunur. Lakin Azərbaycanda çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslinin iqlim xüsusiyyələrinə görə adətən yanvar və fevral aylarında ölkə ərazisi daha tez- tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır, buna görə də qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur.

Dekabr ayının hava şəraitinin adətən nisbətən mülayim keçməsi ilə xarakterizə olunmasına baxmayaraq, bəzi günlərdə ölkə ərazisi soyuq hava kütlələrinin təsirinə məruz qalacaq. Buna görə də dekabr ayında havanın orta temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə normadan bir qədər yüksək olacağı gözlənilir. Yağıntıların isə iqlim normasına yaxın, ayrı-ayrı rayonlarda iqlim normasından bir qədər çox olacağı proqnozlaşdırılır.

Tags:  Azərbaycanda qışda gözlənilən hava açıqlandı


RƏYLƏR


Top news