Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan və İngiltərə eyni qrupda

Azərbaycan və İngiltərə eyni qrupda

Date: 3 December 2015 13:07

17 yaşadək futbolçular arasında "AVRO-2017"nin seçmə mərhələsinin püşkü atılıb. Fanat.az хəbər verir ki, püşkdə 52 komanda iştirak edib.


Milli komandamız final mərhələsi Xorvatiyada keçiriləcək turnirin seçmə mərhələsinin VI qrupunda mübarizə aparacaq. Yığmamız İngiltərə, Avstriya və Rumıniya ilə qarşılaşacaq.

 

Bu mərhələnin oyunları gələn ilin noyabrın 20-nə qədər keçiriləcək. Yığmamızın yer aldığı qrupun meydan sahibi Rumıniya olacaq. Bu qrupun oyunları oktyabrın 25-də, 27-də və 30-da keçiriləcək. Əsasnaməyə görə, hər qrupda ilk 2 yer tutan komanda, həmçinin 5 ən yaxşı 3-cü yerin sahibi elit-raunda yüksələcək.

 

Fanat.az


Tags:  Azərbaycan İngiltərə eyni qrupda

RƏYLƏR


Top news