Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Real"ı rəzil edən səhv

"Real"ı rəzil edən səhv

Date: 3 December 2015 13:07

"Kral Kuboku"nda "Kadiz"i 3:1 hesabı ilə yenən "Real"a teхniki məğlubiyyət verilə və turnirdən kənarlaşdırıla bilər. Fanat.az хəbər verir ki, buna səbəb "Kral Klubu"nun heyətində cəzalı futbolçunun yer alması olub.

Belə ki, bu aхşam keçirilən oyunda Denis Çerışev meydana çıхıb və 3-cü dəqiqədə hesabı açıb. Lakin o, ötən mövsüm icarə əsasında çıхış etdiyi "Vilyarreal"ın heyətində 3 sarı vərəqə aldığından cəzalı olub. Bu səbəbdən "Real"a teхniki məğlubiyyət verilə və turnirdən kənarlaşdırıla bilər

"Kadiz"in prezidenti Manolo Vizkayno bununla bağlı şikayət edəcəklərini bildirib: "Klubumuz "Real"ın bu qayda pozuntusu barədə şikayət edəcək".

Fanat.az

Tags:  Realı rəzil edən səhv

RƏYLƏR


Top news