Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Coca-Cola"nın uduş kampaniyasının qalibi avtomobil qazanıb

"Coca-Cola"nın uduş kampaniyasının qalibi avtomobil qazanıb

Date: 3 December 2015 13:08


Bakı, 3 dekabr, AZƏRTAC
"Coca-Cola" şirkətinin Yeni il aksiyası çərçivəsində keçirdiyi uduş kampaniyasının növbəti qalibi Esmira Əliyeva "Volkswagen Polo" avtomobili qazanıb.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, kampaniya çərçivəsində gələn il yanvarın 6-dək 2 və ya 2,5 litrlik "Coca-Cola" və ya "Fanta Portağal", yaxud 2 litrlik "Sprite" alan hər kəs avtomobil udmaq şansı qazanacaq. "Coca-Cola", "Fanta Portağal" və ya "Sprite"ın qızılı qapağının altındakı unikal kodu istənilən mobil rabitə operatorunun şəbəkəsi vasitəsilə 7676 nömrəsinə pulsuz SMS göndərərək hər bir şəxs uduş kampaniyasında iştirak edə bilər. Kampaniya müddətində hər həftənin çərşənbə günü keçiriləcək lotereyada "Volkswagen Polo" avtomobili oynanılır. Bundan başqa, kampaniya iştirakçıları yüz minlərlə 1 litrlik "Coca-Cola" qazana bilərlər.
 



Tags:  Coca-Colanın uduş kampaniyasının qalibi avtomobil qazanıb


RƏYLƏR


Top news