Sumqayıt məktəbliləri fövqəladə hallar zamanı davranış qaydalarını öyrənirlər

Sumqayıt məktəbliləri fövqəladə hallar zamanı davranış qaydalarını öyrənirlər
13:08 3 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 3 dekabr, AZƏRTAC
FHN-in Sumqayıt Regional Mərkəzi “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC- bildirilib ki, tədbir Zülfü Hacıyev adına 17 nömrəli tam orta məktəbdə təşkil olunub.
FHN Sumqayıt Regional Mərkəzi, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsi, Sumqayıt şəhər Təhsil Şöbəsi əməkdaşlarının, məktəbin müəllim və şagirdlərinin iştirak etdikləri tədbir nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.
Tədbirin nəzəri hissəsində mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə qaz cihazlarından düzgün istifadə qaydaları”, “Elektriklə davranış qaydaları”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar ediblər.
Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin hazırladığı “Dəm qazı təhlükəsi” adlı videoçarx nümayiş olunub.
Daha sonra suallar cavablandırılıb və təbliğat materialları, bukletlər paylanılıb.
Praktiki hissədə məktəbin həyətində mərkəzin və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin qüvvə və texnikasına baxış keçirilib, onların təyinatı və istifadəsi qaydaları haqqında məlumat verilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayit_mekteblileri_fovqelade_hallar_zamani_davranis_qaydalarini_oyrenirler-907813

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR