Mikayılın yeni verilişindən şikayət

Mikayılın yeni verilişindən şikayət
13:11 3 Dekabr 2015
100 Şou
Ölkə mətbuatı
A- A+

“Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılandan sonra Şura verilişlərin məzmunu ilə bağlı narahatlığını dəfələrlə dilə gətirmişdi. Eyni zamanda, kanallara verilişlərin məzmununa diqqət etmələri tövsiyə edilmişdi. Bu aspektdən yanaşanda hazırda bir çox verilişlərin məzmununda müəyyən qədər bayağılıq qalmaqdadır”.

Axşam.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
 
O bildirib ki, "Space" televiziyasında yayımlanan, aparıcılığını Mikayıl Güləddinoğlunun etdiyi “Məhəbbət əhvalatları” verilişində də bayağılıq müşahidə olunur:

“Bu verilişlə bağlı Şuranın “Qaynar xətt”inə şikayətlər daxil olur. “Məhəbbət əhvalatları” verilişinin formatında bir balaca dəyişiklik olsa yaxşıdır. Hazırda konkret qanun pozuntusu olmadığına görə biz verilişə müdaxilə etmirik. Amma verilişin aparıcısını, ümumiyyətlə verilişin formatında müəyyən qədər dəyişiklik edilməsi ilə bağlı öz tövsiyələrimizi vermişik. Verilişdəki sünilik, bayağılıq müəyyən dərəcədə aradan qaldırılsa yaxşı olar”.
 
Şöbə müdiri qeyd edib ki, "Space" telekanalının təmsilçiləri bu haqda məlumatlandırılıb:

“Kanalın təmsilçiləri bizim tövsiyələri nəzərə alacaqlarına söz veriblər. Biz də hələki gözləmə mövqeyindəyik”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41852

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR