ƏƏSMN-də Latviyanın rifah nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub (FOTO)

ƏƏSMN-də Latviyanın rifah nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub (FOTO)
13:13 3 Dekabr 2015
17 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Latviyanın rifah naziri Uldis Augulisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iki nazirlik arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahələrində əməkdaşlığa dair Memorandum imzalanıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Latviya ilə Azərbaycan arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin dostluq münasibətləri əsasında daim inkişaf etdiyini, Latviya nümayəndə heyətinin bu səfərinin əmək və sosial müdafiə sahəsində də əməkdaşlığın inkişafı üçün imkan yaratdığını bildirib. S.Müslümov dünyada yaşanan dərin böhran proseslərinə baxmayaraq, Prezident cənab İlham Əliyevin mükəmməl islahatlar kursu nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik və dinamik inkişafın davam etdiyini diqqətə çatdırıb: “Ölkədə uğurlu iqtisadi şaxələndirmə siyasəti qeyri-neft sektorunun ümumdaxili məhsulda 70 faizə çatmasına imkan verib və bu sektorun genişlənməsi qeyd olunan dövrdə əksəriyyəti daimi olan 1,4 milyon iş yerinin açılması və işsizliyin 4,9 faizə enməsi ilə nəticələnib”.

Nazir bildirib ki, Azərbaycanda məşğulluq imkanlarının artması, yaşayış səviyyəsinin yüksəlməsi son on ildə ölkəmizə daimi yaşamaq üçün gələnlərin sayının respublikamızdan daimi yaşamaq üçün başqa ölkələrə gedənlərin sayını xeyli üstələməsinə səbəb olub: “Təsadüfi deyil ki, Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə, “yuxarı orta gəlirli” ölkələr qrupuna və BMT İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupuna daxil edilib”.

S.Müslümov ölkənin iqtisadi inkişafının sosialyönümlü olduğunu və iqtisadi dividentlərin ilk növbədə sosial sahəyə və insan kapitalının inkişafına yönəldiyini, bütün sosial proqramların icrasının uğurla davam etdirildiyini diqqətə çatdırıb: “Sosial sahənin prioritet təşkil etməsinin nəticəsi olaraq, sosialyönümlü xərclərə ayrılan dövlət vəsaitləri ilbəil artırılır. Məsələn, ötən il dövlət büdcəsindən bu xərclərə 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərcləri üçün 12,6 faiz çox vəsait ayrılıb. Bu müsbət tendensiya cari ildə də davam edib. Ölkənin gələn ilki dövlət büdcəsi də sosial yönümlü büdcədir, onun 36,1 faizi sosial məqsədlər üçündür, sosial sahə üzrə vəsait ayırmaları sabit saxlanılmaqla, bir çox istiqamətlərdə sosial ayırmalar üçün vəsaitin artırılması nəzərdə tutulub”.

Nazir qeyd edib ki, 2000-ci ildə BMT-nin qəbul etdiyi və Azərbaycan da daxil olmaqla 147 ölkənin tərəfdar çıxdığı Minilliyin İnkişaf Məqsədlərindən biri də 2015-ci ilə qədər yoxsulluğun azaldılmasıdır: “Bu strateji sosial məqsədə nail olunmasında Azərbaycanın mühüm tarixi nailiyyəti kimi, ölkədə yoxsulluq səviyyəsi qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizə enib. Bununla belə, ölkə iqtidarının müəyyən etdiyi mühüm vəzifələrdən biri ölkədə yoxsulluğun tam aradan qaldırılmasıdır”.

S.Müslümov ölkəmizdə insan resurslarının inkişafı, aktiv məşğulluq tədbirləri, gənclərin məşğulluğu, işçi qüvvəsinin keyfiyyətcə yüksəldilməsi, sosial qanunvericiliyin təkmilləşdirilməsi sahəsində aparılan işlərdən bəhs edib. Nazir son illərdə əmək və sosial təminat, eləcə də tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin innovativ texnologiyalar əsasında yenidən qurulması, əhali üçün şəffaf və daim əlçatan, müasir xidmətlər sisteminin yaradılması məqsədilə aparılan islahatlara da toxunub. Bu sahələrdə görülən işlərdə beynəlxalq əməkdaşlıq müstəvisində dünya təcrübəsinin öyrənilməsinə xüsusi önəm verildiyi vurğulanıb: “Nazirlik 20-dən artıq ölkənin aidiyyəti qurumları və mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinə malikdir. Onlarla indiyədək 30-dan çox əməkdaşlıq sənədi imzalanıb.

Hesab edirik ki, Latviya ilə də müvafiq sahələrdə əməkdaşlıq sənədinin imzalanması hər iki tərəf üçün faydalı olacaq və ölkələrimizdə aparılan siyasətlərə öz töhfəsini verəcək”.

U.Augulis ölkəsinin daim inkişaf edən Azərbaycanla bütün sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsində maraqlı olduğunu və bunun üçün səylərin göstərildiyini vurğulayıb. Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahat tədbirlərinin təqdirəlayiq olduğunu qeyd edən U.Augulis Latviyanın əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahələrində təcrübəsi barədə məlumat verib. O, qeyd olunan sahələrdə hər iki nazirlik üçün ortaq maraq kəsb edən məsələlərin mövcud olduğunu bildirib, aidiyyəti fəaliyyət sahələrində əməkdaşlıq əlaqələrinin, təcrübə və məlumat mübadilələrinin aparılmasının əhəmiyyətli olacağını fikirlərinə əlavə edib.

Daha sonra nazirlər “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Latviya Respublikasının Rifah Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Memorandum”u imzalayıblar.

Memorandum əmək, məşğulluq, sosial müdafiə sahələrində qanunvericiliyin təkmilləşdirilməsi, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun dəstəklənməsi, insan resurslarının planlaşdırılması və inkişafı, əmək bazarının monitorinqi və proqnozlaşdırılması, peşə və ixtisas standartlarının hazırlanması və tətbiqi sahələrində əməkdaşlıq istiqamətlərini nəzərdə tutur. Sənəddə həmçinin işsiz və işaxtaran vətəndaşlar üçün peşə hazırlığı sisteminin təkmilləşdirilməsi, əlilliyi olan şəxslərin sosial problemlərinin və məşğulluq məsələlərinin həlli, onların peşə reabilitasiyasının təşkili, gənclərin məşğulluğu, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi, sosial xidmətlər, sosial tərəfdaşlıq sisteminin inkişafı və digər əməkdaşlıq istiqamətləri əksini tapır.

Memoranduma uyğun olaraq, əməkdaşlıq əmək, məşğulluq, sosial müdafiə sahələrində qanunvericiliyin və normativ sənədlərin, sosial-əmək məsələləri üzrə analitik-informasiya materiallarının və elmi tədqiqatların nəticələrinin mübadiləsi, tərəflərin ekspertləri arasında məsləhətləşmələr və s. formalarda həyata keçiriləcək. Sənəddəki müddaəların həyata keçirilməsi məqsədilə tərəflərin ictimai əsaslarla İşçi qrupları yaratmaları da nəzərdə tutulur.

Tədbirin sonunda mətbuat üçün brifinq keçirilib.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Tramp: “Terrorizmlə mübarizədə ciddi irəliləyişə nail olmuşuq”

24 Avqust 2017 01:43

Qurban Qurbanov: "Bu uğuru təkcə biz yox, bütün Azərbaycan xalqı arzulayırdı"

24 Avqust 2017 01:42

"Qarabağ" və digərləri - SİYAHI

24 Avqust 2017 01:37

Ermənistanda vəkillər aksiya keçirəcək

24 Avqust 2017 01:35

"Qrabağ"dan sonrakı 4 xoşbəxt

24 Avqust 2017 01:27

"Qarabağ"ın tarixi uğuru -

24 Avqust 2017 01:25

Çempionlar Liqası - Bütün səbətlər müəyyənləşdi

24 Avqust 2017 01:19

"Qarabağ"ın tarixi qələbəsi - VİDEO

24 Avqust 2017 01:17

Bakıda yanğın baş verib

24 Avqust 2017 01:12

"Qarabağ"ın rəqibləri nə vaxt müəyyənləşəcək?

24 Avqust 2017 01:07

"Qarabağ"ın zəfər selfisi - ŞƏRHSİZ

24 Avqust 2017 01:07

Zabit Səmədov revanş görüşündə Errol Tsimmermanı məğlub edib - VİDEO

24 Avqust 2017 01:03

ÇL-nin qrup mərhələsinə yüksələn bütün komandalar müəyyənləşib

24 Avqust 2017 00:57

Bakıda dənizdə batan şəxs xilas edilib

24 Avqust 2017 00:44

Azərbaycan klubu tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb

24 Avqust 2017 00:37

"Tarixi məğlubiyyət"

24 Avqust 2017 00:35

Dəməşq beynəlxalq koalisiyadan BMT-yə şikayət edib

24 Avqust 2017 00:22

Yaponiyada dəfn mərasimlərində rahibləri əvəz edəcək robot hazırlanıb

24 Avqust 2017 00:20

Rusiya səfiri ölü tapıldı

24 Avqust 2017 00:14

Rusiyanın Sudandakı səfiri ölü tapılıb

24 Avqust 2017 00:07

Sərnişin qatarı yük qatarı ilə toqquşdu - yaralılar var

23 Avqust 2017 23:59

Sakit mövsümdə doğulan müdrik cavan

23 Avqust 2017 23:53

Amerikalı alimlər istifadə müddəti bitmiş məhsulları müəyyən edən etiketlər hazırlayıblar

23 Avqust 2017 23:50

Mingəçevirdə ər arvadını bıçaqladı

23 Avqust 2017 23:34

Bakıda sürücülərin unutduğu yol: tıxaca düşmədən mərkəzə aparan yol - VİDEO

23 Avqust 2017 23:33

İraqın şərqində güclü zəlzələ baş verib.

23 Avqust 2017 23:33

Rusiyada landşaft yanğınları 150-dən çox tikilini məhv edib

23 Avqust 2017 23:22

"Darıxanda soyunuram" - FOTOSESSİYA

23 Avqust 2017 23:18

"Qarabağ"da şok itki

23 Avqust 2017 23:17

Ərdoğan Pentaqon rəhbərini qəbul etdi

23 Avqust 2017 23:15

Cərimə meydançasında 4 maşın qarət edilib - Vətəndaşa dəyən ziyanı kim ödəməlidir?

23 Avqust 2017 23:03

Bağdadda vacib görüş -

23 Avqust 2017 22:58

Zabit Səmədov revanş görüşündə Errol Tsimmermanı məğlub edib

23 Avqust 2017 22:42

Livan ordusundan İŞİD-ə ağır zərbə

23 Avqust 2017 22:33

"Kopenhagen" - "Qarabağ" - Heyətlər açıqlandı

23 Avqust 2017 22:19

Qrizman cəzalandırıldı -

23 Avqust 2017 22:14

Fındıq ən böyük ixrac məhsuluna çevrilir

23 Avqust 2017 22:03

"Kopenhagen" - "Qarabağ" -

23 Avqust 2017 22:03

"Qarabağ"ın oyununu bu kanallar göstərəcək

23 Avqust 2017 22:00

"Kopenhagen" -"Qarabağ" oyunu üçün start heyətləri açıqlanıb

23 Avqust 2017 21:57

Yəməndə qətliam -

23 Avqust 2017 21:50

Gürcüstanın müdafiə naziri: "Məhz Azərbaycanın göndərdiyi helikopterlə..."

23 Avqust 2017 21:48

Şəkidə meşə ərazisində yanğın hadisəsi baş verib

23 Avqust 2017 21:37

Britni Spirs ideal bədənini göstərdi - VİDEO

23 Avqust 2017 21:33

Bakıda avtobus sürücüsü evə basqın edib - VİDEO

23 Avqust 2017 21:18

Gürcüstanda yerli özünü idarəetmə orqanlarına keçiriləcək seçkilərə 39 mln. lari ayrılacaq

23 Avqust 2017 21:17

Avtomobil qiymətinə qoyun satılır -

23 Avqust 2017 21:10

Qəbələdə yeni binalar və istirahət mərkəzləri inşa edilir

23 Avqust 2017 21:08

Nazir: Kənd təsərrüfatı sektorunda çalışanların sayı bu ilin əvvəlinə 1,7 milyon nəfəri ötüb

23 Avqust 2017 20:52

Yaponiyada dəfn mərasimlərini robotlar idarə edəcək - FOTO

23 Avqust 2017 20:48