Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda 15 nəfər xarici ölkə vətəndaşına ov icazəsi verilib

Date: 3 December 2015 13:22

Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidməti “Hərbi Ovçuluq İttifaqı” MMC-dən və Müdafiə Nazirliyindən 19, 27 və 30 noyabr tarixlərində Qətər Əmirliyinin 4, Səudiyyə Ərəbistanı Krallığının 2 və Bəhreyn Krallığı Müdafiə Qüvvələrinin əməkdaşları olan 9 nəfər vətəndaşına ölkənin ovçuluq təsərrüfatlarında ov üçün icazə biletlərinin verilməsi barədə rəsmi müraciət daxil olub.
Nazirlikdə müraciətə baxılıb, qanunamüvafiq sənədlərin təqdim olunmasından sonra mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ümumilikdə 15 nəfər xarici ölkə vətəndaşına “Sarısu” ovçuluq təsərrüfatı da daxil olmaqla İmişli, Kürdəmir, Hacıqabul rayonlarının ərazisində, o cümlədən Biləsuvar ərazisindəki ovçuluq təsərrüfatlarında normativlər daxilində müvafiq sayda çöl quşlarının ovlanmasına icazə bileti verilib.
Qeyd edək ki, xarici vətəndaşlara Azərbaycan Respublikası ərazisində ov etmək üçün icazənin verilməsi 20 aprel 2004-cü il tarixli “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 14.6-cı bəndi ilə təsbit edilmiş və Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarı ilə təsdiqlənən “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi Qaydası” ilə tənzimlənir.

Tags:  Azərbaycanda 15 nəfər xarici ölkə vətəndaşına ov icazəsi verilib

RƏYLƏR


Top news